44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq
Azərbaycan xalqı 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarını azad etməklə Böyük Qələbəni qazandı. 44 gün davam edən müharibədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik hərbi strategiyası, rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusu düşməni diz çökdürdü. İşğal altında qalan torpaqlarımız cəsur vətən oğullarının rəşadəti ilə düşmən tapdağından xilas oldu. Vətən müharibəsində qazanılan tarixi qələbə düşmənin və onların havadarlarının ağlına belə gəlməzdi ki, Azərbaycanın vətənpərvər, mərd oğulları torpaqlarımızı belə qısa zamanda erməni vandallarından təmizləyəcək.
Zaman-zaman davam edən danışıqların fayda verməməsi Azərbaycan xalqını Hərbi yolla torpaqlarını azad etməyə məcbur etdi və möhtəşəm qələbə qazanıldı. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə düşmənə qarşı qəhrəmanlıqla döyüşən cəsur Azərbaycan oğulları tarixi ədaləti bərpa etdilər.
Bu dünya tarixində görünməmiş Vətən müharibəsi idi. Düşmənin və onların havadarlarının ağlına belə gəlməzdi ki, Azərbaycanın vətənpərvər oğulları torpaqlarımızı bu cür tezliklə, həm də qorxmadan, çəkinmədən separatçılardan təmizləyəcək. İllər boyu davam edən danışıqların fayda verməməsi Azərbaycan xalqını Hərbi yolla torpaqlarını azad etməyə sövq etdi və möhtəşəm qələbə qazanıldı.Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı.
44 günlük müharibənin hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.
Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq. 44 günlük Vətən müharibəsində Zəfər Günü Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Xalqın “Dəmir yumruq”da birləşərək düşmənə zərbə vurması tarixin əbədi yaddaşına yazılmışdır. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” şüarı altında birləşən xalqın qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar.
Qarabağ Azərbaycandır! !
Yaşasın müstəqil Azərbaycan!
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Ali Baş Komandan cənab İlham Əliyev!