“28 may – Müstəqillik günü”nə həsr olunmuş tədbir keçirilmişdir

“28 may – Müstəqillik günü”nə həsr olunmuş tədbir keçirilmişdir

26 may 2025-ci il tarixində Suraxanı rayonu 114 nömrəli tam orta məktəbdə “28 may – Müstəqillik günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, ATİAHİ Suraxanı rayon komitəsinin sədri Fərhad Həsənov, məktəbin müəllim - şagird kollektivi və digər rəsmi şəxslər iştirak etmişlər.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 114 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynova tədbiri giriş sözü ilə açaraq qonaqları və tədbir iştirakçılarını salamlamış, “28 may - Müstəqillik günü” münasibətilə təbrik edərək səmimi ürək sözlərini çatdırdı. O, bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. Artıq 107 ildir ki, 28 may tarixi Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu əlamətdar gün kimi xalqımız tərəfindən iftixar hissi ilə qeyd olunur. Artıq 5 ildir ki, Azərbaycan xalqı 28 may - Müstəqillik gününü qalib ölkənin vətəndaşı olaraq qeyd edirlər. K.Hüseynova bildirib ki, şərqdə və müsəlman aləmində ilk demokratik dövlət, dünyəvi və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə xüsusi yeri var.

Tədbirdə rəsmi qonaq qismində iştirak edən Salman Əbdülov və Fərhad Həsənov çıxış edərək bildirdilər ki, Ulu Öndər Heydər Əliyevin məsuliyyəti, siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.

Daha sonra tədbir məktəb şagirdləri tərəfindən hazırlanmış rəqslərin və musiqinin nümayiş olunması ilə davam etmişdir.