2024-cü ildə Azərbaycanın İqtisadi Uğurları və Perspektivləri: Prezident İlham Əliyevin 26 Sentyabr Müşavirəsi Kontekstində

2024-cü ildə Azərbaycanın İqtisadi Uğurları və Perspektivləri: Prezident İlham Əliyevin 26 Sentyabr Müşavirəsi Kontekstində

Kamran Xəlilov

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 281 saylı tam orta məktəb müəllimi 

2024-cü il, Azərbaycanın iqtisadi inkişaf strategiyasında mühüm bir dönüm nöqtəsi olaraq qeyd olunur.Prezident İlham Əliyevin sentyabr ayında keçirilmiş iqtisadi müşavirədə verdiyi məlumatlar, ölkənin iqtisadi artımının 2024-cü ilin ilk yarısında 4,3 faiz təşkil etdiyini göstərir. Bu artımın əsas səbəbi qeyri-neft sektorundakı nailiyyətlərdir. Azərbaycan iqtisadiyyatı neft sektorunun sabit saxlanılmasına baxmayaraq, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sahələrinin inkişafı prioritet olaraq qalır.Hökumət, qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm islahatlar həyata keçirmişdir.Sənaye parklarının yaradılması, xüsusilə Qaradağ Sənaye Parkının genişlənməsi, qeyri-neft iqtisadiyyatının gücləndirilməsinə yönəlmişdir. Bu sənaye parkları, xarici sərmayədarları cəlb etmək və yeni iş yerləri yaratmaq üçün əsas vasitə olmuşdur.

2024-cü ildə Qaradağ Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı əhəmiyyətli dərəcədə artmış və onların iqtisadiyyata verdiyi töhfə nəzərəçarpacaq dərəcədə böyümüşdür. Bundan əlavə, park daxilindəki infrastrukturun modernləşdirilməsi və logistika imkanlarının genişləndirilməsi, müəssisələrin fəaliyyət səmərəliliyini artırmışdır. Bundan əlavə, 2024-cü ilin əvvəlində keçirilmiş statistik hesabatlara görə, qeyri-neft sektorunda əmək məhsuldarlığı da artmaqdadır. Bu artım, müxtəlif sahələrdə innovativ texnologiyaların tətbiqi, eləcə də yerli istehsalın inkişafı ilə əlaqədardır.

Hökumət, kənd təsərrüfatı, sənaye və xidmət sektorlarında müasir texnologiyaların tətbiqini təşviq edərək, iqtisadiyyatın daha da şaxələndirilməsi və inkişafını təmin etməkdədir.Azərbaycan, günəş, külək və hidroenerji potensialı ilə zəngin bir ölkədir. Dövlətin yaşıl enerji strategiyası, bərpa olunan enerji istehsalının inkişafı ön planda tutulur.Yaşıl iqtisadiyyatın tətbiqi, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və dayanıqlılığına kömək edir.

Qeyrineft sektorunun inkişaf etdirilməsi üçün bəzi kənd təsərrüfatında, sənayedə və turizmdə yaşıl yanaşmaların tətbiqi prioritet olaraq müəyyən edilir. Xızı-Abşeron və Qaradağ stansiyaları buna misaldır.Xızı-Abşeron Külək Elektrik Stansiyası, Azərbaycanın enerji istehsalında bərpa olunan enerji mənbələrinin payını artırmaq məqsədini güdür.Külək enerjisinin istifadəsi, ölkənin enerji müstəqilliyini artırmağa, xarici enerji asılılığını azaltmağa və eyni zamanda ekoloji tarazlığı qorumağa kömək edir. Qaradağ Günəş Elektrik Stansiyası da, Azərbaycanın bərpa olunan enerji strategiyasının mühüm tərkib hissəsidir.Günəş elektrik stansiyası, ənənəvi enerji mənbələrinin istifadəsini azaldaraq karbon izini minimuma endirir.

Günəş enerjisi, təmiz bir enerji mənbəyi olaraq, ekoloji tarazlığın qorunmasına və iqlim dəyişikliyi ilə
mübarizəyə kömək edir. Xızı-Abşeron Külək Elektrik Stansiyası və Qaradağ Günəş Elektrik Stansiyası, Azərbaycanın yaşıl enerji strategiyasının uğurlu nümunələridir. Həmçinin Böyükşor gölü üzərindədə günəş elektrik panelləri qoyulmuşdur. Bu layihələr, ölkənin bərpa olunan enerji istehsalını artırmaq, enerji müstəqilliyini gücləndirmək və ekoloji dayanıqlığı təmin etmək məqsədini güdür. Azərbaycanın bu sahədəki irəliləyişi, gələcəkdə daha çox bərpa olunan enerji layihələrinin reallaşmasına zəmin yaradır.Qarabağın işğaldan azad olunmasından sonra bu regionun iqtisadiyyata verdiyi töhfə xüsusi vurğulanmalıdır.

2020-ci ildən başlayaraq, Qarabağda genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir. 2024-cü il, bu yenidənqurma prosesinin daha geniş miqyasda davam etdiyi bir il olmuşdur. Araz vadisi İqtisadi Zonası, bu prosesin əsas hissəsi olaraq çıxış edir. Qarabağda kənd təsərrüfatının bərpası və yeni texnologiyaların tətbiqi bu sahədə böyük məhsuldarlıq artımına səbəb olmuşdur.Məsələn, Suqovuşan və Füzuli rayonlarında aparılan iri kənd təsərrüfatı layihələri, Azərbaycanın kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi istiqamətində atdığı mühüm addımlardan biridir. Bu layihələr, bölgənin iqtisadiyyatına təkan verməklə yanaşı, yerli əhalinin məşğulluq səviyyəsinin artırılmasına da böyük təsir göstərmişdir.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafına da xüsusi diqqət yetirilir.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ regionunun turizm potensialı, ekoturizm, mədəni turizm və kənd turizmi sahələrində geniş imkanlar təqdim edir. Bu istiqamətdə həyata keçirilən layihələr, yalnız iqtisadi fayda gətirməklə kifayətlənməyib, həmçinin yerli icmaların inkişafına da töhfə verməkdədir. Məsələn, Qarabağda yaradılan yeni otel və turizm obyektləri, yerli əhalinin turizm sektorunda iş imkanlarını artırmışdır.

Bundan əlavə, mədəni irsin qorunması və turizm infrastrukturlarının yenilənməsi, regionun cazibədarlığını daha da yüksəltmişdir.Enerji sektoru, Azərbaycanın iqtisadi inkişafının əsas istiqamətlərindən biri olaraq qalır. Neft gəlirlərinin azalmasına baxmayaraq, enerji sektorundakı islahatlar, ölkənin iqtisadiyyatında dayanıqlı artımı təmin edir. Bunun ən bariz nümunələrindən biri, 2023-cü ildə istifadəyə verilmiş Cəbrayıl Günəş Elektrik Stansiyasıdır. Bu stansiya, Azərbaycanın bərpa olunan enerji sektorunda atdığı mühüm addım olmaqla yanaşı, ölkənin ekoloji dayanıqlıq strategiyasının tərkib hissəsidir.Prezident İlham Əliyev, bu layihənin Azərbaycan üçün həm enerji təhlükəsizliyini təmin etmək, həm də ekoloji balansı qorumaq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. 2024-cü ildə xarici sərmayələrin cəlb edilməsi sahəsində də ciddi addımlar atılmışdır.

Qeyri-neft sektorunun inkişafı üçün yaradılan əlverişli investisiya mühiti, xarici sərmayədarları Azərbaycana cəlb etmək üçün birbaşa vasitə olmuşdur. Məsələn, sənaye parklarında yaradılan yeni müəssisələr, əsasən xarici sərmayələr hesabına formalaşmışdır ki, bu da iqtisadiyyatın dayanıqlığını təmin etmişdir.Beləliklə, 2024-cü il, Azərbaycanın iqtisadi inkişaf strategiyasında həm daxili, həm də xarici amillərin balanslaşdırılması ilə uğurla həyata keçirilən bir il olmuşdur.

Hökumətin genişmiqyaslı islahatları, müxtəlif iqtisadi sahələrdə əldə edilən nailiyyətlər və sosial inkişaf tədbirləri,
Azərbaycanın gələcəkdə daha da güclü və dayanıqlı bir iqtisadiyyat qurma yolunda mühüm addımlar atdığını göstərir.Bu inkişaf istiqamətləri, ölkənin beynəlxalq arenada daha fəal iştirak etməsini və iqtisadi müstəqilliyini təmin etməsini dəstəkləyir.