Azərbaycan və Qırğızıstan arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə xüsusi əhəmiyyət kəsb edir

Azərbaycan və Qırğızıstan arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə xüsusi əhəmiyyət kəsb edir

Elşad Həsənov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü, siyasi ekspert

İki ölkə arasında strateji tərəfdaşlığın qurulmasına və müttəfiqlik münasibətlərinə zəmin yaradacaq. Bakıda geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub. İmzalanan sənədlər arasında iki sənəd xüsusilə diqqəti cəlb edir. Belə ki, iki ölkə prezidentləri “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə”ni və “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum”u imzalayıblar. Maraqlıdır, bu iki sənədin əhəmiyyəti nədən ibarətdir? Sözügedən sənədlərin mahiyyəti nə deməkdir? Vahid mövqedən çıxış etmək üçün sənədlər hazırlanacaq

Əvvəla, iki ölkə prezidentləri çox vacib sənədlər imzalayıblar. Həmin sənədlərdən ikisi xüsusilə önəmlidir. Söhbət iki dövlət arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyənnamədən və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumdan gedir. Nəzərə almaq lazımdır ki, son illər türkdilli dövlətlərin dünyada önəmi artıb. Bu dövlətlər arasında inteqrasiya əlaqələri genişlənir. Bu baxımdan Azərbaycan və Qırğızıstan arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə xüsusi əhəmiyyət kəsb edir.

Nəzərə almaq lazımdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türkdilli ölkələrin inteqrasiyasına xüsusi önəm verir. Bu ölkələrə tez-tez səfərlər edir. Bu konteksdən yanaşdıqda Qırğızıstan türkdilli dövlətdir və Azərbaycanla zəngin əlaqələrə malikdir. Bu baxımdan iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə xüsusilə əhəmiyyətlidir. Ona görə ki, bu, iki ölkə arasında strateji tərəfdaşlığın qurulmasına və gələcəkdə müttəfiqlik münasibətlərinə zəmin yaradacaq. Bundan sonra bir sıra birgə layihələr həyata keçiriləcək. Bütün bunlar o deməkdir ki, Qırğızıstan Azərbaycanın strateji müttəfiqi kimi daima ölkəmizin yanında olacaq.

Biz də həmin bəyannaməyə əsasən Qırğızıstana strateji müttəfiq kimi lazım olan bütün köməkliyi edəcəyik. Digər tərəfdən, iki dövlət başçısının imzaladığı Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum bir niyyət sənədidir. Bundan çıxan nəticə odur ki, iki dövlət arasında şura yaradılacaq. Dövlətlərarası Şuranın yaradılması Azərbaycan və Qırğızıstan arasında münasibətlərin daha da yaxşılaşmasına, əlaqələrin genişlənməsinə töhvə verəcək. Yəni vahid mövqedən çıxış etmək üçün sənədlər hazırlanacaq. Bir sözlə, siyasi ekspert hesab edir ki, yaxın perspektivdə Orta Asiyanın digər türkdilli dövlətləri ilə də belə sənədlərin imzalanması gözlənilir.