“15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirilmişdir

“15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirilmişdir

Suraxanı rayonu Qasım Qasımov adına körpələr evi - uşaq bağçasında “15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçi Nərgiz Çıraqova, 5, 19, 324 saylı, Əlövsət Vəliyev adına, Vüqar Bayramov adına və Qasım Qasımov adına körpələr evi və  uşaq bağçalarının müdirləri və nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının ƏPT sədri, Əlövsət Vəliyev adına körpələr evi – uşaq bağçasının müdiri Aygün Azayeva bildirmişdir ki, hər il təntənə ilə qeyd etdiyimiz 1993-cü ilin 15 iyunu xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Məhz həmin tarixdən Azərbaycan xalqının çox böyük  çətinliklərlə yenidən əldə etdiyi müstəqilliyinin xilası başlanır.Ulu Öndər Heydər Əliyevin iyun aynın 15-də yenidən siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlini qoymuşdur.

Qasım Qasımov adına körpələr evi və  uşaq bağçasının müdiri Saraxanım Süleymanova çıxış edərək bildirdi ki, bəşəriyyət tarix boyu xalqların azad, firavan yaşayışı üçün bu cür böyük fədakarlıqlar nümayiş etdirmiş, gördükləri işlərlə bütöv bir dövrü əbədiləşdirən müdrik insanlara borcludur. Azərbaycan dövlətinin qazandığı bütün uğurlar Ulu Öndər Heydər Əliyevin müdrikliyi sayəsində müstəqilliyimizin qorunub saxlanmasının nəticəsidir. O, Ümummilli Liderin müxtəlif sahələrdə həyata keçirdiyi islahatlardan söz açaraq bugünkü inkişafı, əldə olunan sosial-iqtisadi uğurları həmin tarixi günün bəhrələri kimi dəyərləndirən xalqımızın Prezident cənab İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəyinə, onun rəhbərliyi altında daha böyük nailiyyətlərin əldə ediləcəyinə əmin olduğunu bildirdi.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova çıxış edərək demişdir ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 iyun - Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndər Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Həyatının mənasını xalqına xidmət etməkdə görən Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin nəticəsidir ki, bu gün müstəqil və demokratik Azərbaycan dövləti yaşayır və hərtərəfli inkişaf edir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirir. Ulu Öndərin siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.

Tədbirdə 5, 19, 324 saylı, Əlövsət Vəliyev adına, Vüqar Bayramov adına və Qasım Qasımov adına körpələr evi və  uşaq bağçalarını təmsil edən körpə fidanların kompozisiyaları təqdim edildi.
Sonda Ulu Öndər Heydər Əliyevin fəaliyyətini əks etdirən sənədli film nümayiş olundu.