10 noyabr bəyannaməsi Qarabağın xoş gələcəyinin ilk carçısıdır
Cəmilə Ağayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Əmircan Bələdiyyəsinin sədri
Azərbaycan hər zaman sülh və barış carçısı olub. Elə buna görə də dövlətimizin Prezidenti cənab İlham Əliyev hər zaman torpaqlarımızın işğaldan azad olunmasından ötrü, müxtəlif beynəlxalq təşkilatlarda çıxışlar edib, ərazi bütövlüyümüzün təminatından, beynəlxalq hüquq normalarına riayət olunmağı üçün, yüksək tribunalardan hər zaman haqq səsini ucaldıb. Lakin, erməni millətinin xisləti Azərbaycanın sülhə və barışa qarşı olan münasibətini hər zaman öz xeyirlərinə çevirməyi bacarıb və bununla da ötüz il müddətinə Qarabağ torpaqlarının işğaldan azad olunmasının sülh yolu ilə mümkün olmasın deyə hər bir vasitəyə əl atmışlar.
Ermənistanın havadarları olan dövlətlər Azərbaycana qarşı olan haqsızlığa otuz il göz yummuşlar. Səbri sona çatan Dövlət Başçısımız və xalq birləşib dəmir yumruq kimi 44 gün ərzində otuz illik həsrətə son qoyaraq Qarabağ torpaqlarını işğaldan azad etdilər. Bunlar xalqın nümayəndələri, ordumuzda olan əsgərlər, zabitlər idilər. Eyni zamanda İkinci Qarabağ müharibəsi dövründə arxa cəbhədə, sadə vətəndaşlar da internet, televiziya vasitəsi ilə düşmənə qarşı olan çıxışları ilə sanki onlar da vuruşurdular, sözün həqiqi mənasında informasiya müharibəsi gedirdi.
Müharibənin açı fəsadları hər zaman itkilərdir. Bu itkilərin ən alisi isə şəhidlikdir. Şəhidlərin olmamasından, anaların göz yaşı tökməməyindən ötrü zatən bizlər danışığa getmək istəyirdik. Lakin, məlum səbəblər Azərbaycan dövlətini bu müharibədə qalib çıxmaqdan ötrü hərəkətə gətirdi. Biz düşmənə kimin kim olduğunu, dövlətin və dövlət başçısının istər siyasi müstəvidə, istərsə də xalqı tərəfindən necə dəyərləndirildiyini sübut etdik.
8 Noyabr tarixində Qarabağın döyünən ürəyi olan Şuşanı işğaldan azad etdiyimiz zaman, düşmən rəsmən çökdü və bu müharibəni uduzduğunu özünə etiraf etdi. Çünki illər öncə, Şuşa alınmaz qala olarkən bizlər də Şuşanın işğalından sonra Qarabağın tam mənasında əlimizdən getməsinin şahidi olmuşduq.
10 Noyabr 2020-ci il tarixində isə Ermənistan hakimiyyəti kapitulyasiya aktına qol çəkdi. Bu artıq uduzmuş dövlətin qarşı tərəfin qoyduğu şərtlərlə razılaşması haqqında üçtərəfli bəyanat idi. Bu bəyanatın uğuru ondan ibarət idi ki, artıq müharibəyə son qoyuldu. Ağdam, Laçın, Kəlbəcər rayonları, Laçın şəhəri, Zabux və Sus kəndləri şərtlərə əsasən qan tökülmədən qaytarıldı.
10 Noyabr tarixli, üçtərəfli bəyanatdan sonra, 2021-ci il iyunun 15-də, qardaş Türkiyə dövləti ilə, Azərbaycan dövləti arasında, Şuşa şəhərində, “Şuşa bəyannaməsi” imzalandı.
Azərbaycan tərəfindən sülh müqaviləsində, beynəlxalq hüququn beş əsas prinsipi prioritetdir: Ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması.
Dövlət başçımız, yenilməz sərkərdə İlham Əliyevin 20 illik fəaliyyətində istər daxili, istərsə də xarici siyasəti təqdirəlayiqdir. Hər zaman öz dövlətini bütün müstəvilərdə layiqincə tanıdan Dövlət Başçısı İlham Əliyevin böyük uğurlarından biri də, 6 oktyabr 2022-ci il tarixində Praqada, Avropa İttifaqı Şurasının prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış, ”Azərbaycanın ərazi bütövlüyün Tanınması” bəyanat olmuşdur.
İşğaldan azad olunmuş Qarabağ özünün dirçəiş dövrünü yaşayır. Düşmən tərəfindən,viran qalmış rayon, şəhər və kəndlər hal-hazırda öz sahibi tərəfindən gündən-günə abadlaşır və yenidən qurulur. İndi Azərbaycan dövlət başçısı bir hədəfə doğru gedir, işğaldan azad edilmiş ərazilərin tam surətdə hazır olması və böyük qayıdışın nəticələnməsi istiqamətinə doğru.