Azərbaycan nüfuzu günü-gündən inkişaf edir, məhz bu Azərbaycanın uğurlu xarici siyasəti ilə bağlıdır

Azərbaycan nüfuzu günü-gündən inkişaf edir, məhz bu Azərbaycanın uğurlu xarici siyasəti ilə bağlıdır

Cavid Cəfərzadə 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayon 118 nömrəli tam orta məktəbin müəllimi

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunmsı və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, digər ölkələrin dövlət və hökumət başçılarını qarşıladı.

Keçirilən görüşdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qafqaz və Mərkəzi Asiyada baş verən mühüm ticari və iqtisadi inkişafdan bəhs edərək, məsələnin mahiyyəti və əhəmiyyəti barədə geniş məlumat vermşdir. Son dövrlərdə Azərbaycan Respublikasının iqtisadi inkişafı bir sıra Avropa və Asiya ölkələri ilə qarşılıqlı, həssas münasibətdən irəli gəldiyi açıq aşkardır. Xüsusi ilə qeyd etmək lazımdır ki, Azərbaycan nüfuzu günü-gündən inkişaf edir, məhz bu Azərbaycanın uğurlu xarici siyasəti ilə bağlıdır.

Sammitdə çıxış edən cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, yenidən qardaş ölkədə, doğma Səmərqənd şəhərində olmaqdan məmnunluq hissi keçirir. O, ilk növbədə Azərbaycan- Özbəkistan qarşılıqlı əlaqənin yüksək səviyyədə olduğunu bildirmişdir. Məhz türk dilli xalqların qarşılıqlı sevgi, hörmət hissləri ilə bir biirnə doğma yanaşması həm iqtisadi, həm də siyasi əlaqələrin yüksək olduğunu bir daha göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir neçə dəfə Özbəkistanda rəsmi səfərdə olmuşdur.  Bu rəsmi səfər də Özbəkistan-Azərbaycan əlaqələrin qurulmasına xidmət edəcəkdir.

Məhz fəxrlə demək mümkündür ki, Azərbaycan tranzit ölkə kimi neft, qaz və digər sektorlarda fəallıq nümayiş etdirir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.

Nəzərə almaq lazımdır ki, hal-hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir. Həmçinin, ildə 25 milyon tona qədər bu rəqəmi  artırıla bilir. Bununla yanaşı Sammitdə çıxış edən cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, car ilin yeddi aylıq hesabatına əsasən Azərbaycan ərazisindən keçən tranzit 50 faizə çatmışdır. Bu Azərbaycan tərəfinin iqtisadi əməkdaşlığının yüksək səviyyədə olmasını, iqtisadi əlaqələrin qurulmasında maraqlı tərəf kimi çıxış etdiyini göstərir. Həmçinin ölkədaxili inkişafdan, yeni saınan şəhərlərdən, Avropa standartlarına cavab verən magistral yollardan bəhz edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası xarici siyasəti ilə yanaşı, daxili siyasəti də yüksək səviyyədədir. Daim iqtisadi inkişafın diqqət mərkəzində olduğunu bildirmişdir. Həmçinin nəzərə almaq lazımdır ki,bu dövrlərdə Qafqazda baş verən məlum hadisələr, Azərbaycanın haqq savaşında qardaş ölkələrin mənəvi dəstəyi də xüsusidir. Qısa müddət ərzində Zəngəzur dəhlizinin açılışı Azərbaycan Respublikasının tranzit ölkə kimi inkişaf dərəcəsini daha da artıracaqdır.