İraq Prezdenti Əbülfəz Camal Rəşidin ölkəmizə səfəri əlaqələrin yeni inkişaf mərhələsidir

İraq Prezdenti Əbülfəz Camal Rəşidin ölkəmizə səfəri əlaqələrin yeni inkişaf mərhələsidir
Şahvələd Əhmədov
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 285 saylı tam orta məktəbin müəllimi
Heç bir təzyiq Azərbaycan xalqını öz iradəsindən döndərə bilmədi. Hal-hazırda Azərbaycan bir çox Avropa-Asiya ölkələri ilə Hərbi-iqtisadi siyasi əlaqələr yaradır. Belə ölkələrdən biridə İraq Respublikasıdır. 2023-cü il Noyabrın 19-da İraq Respublikasının Prizdenti Əbdüllətif Camal Rəşid ölkəmizə səfər etdi. İraq 1958-ci ildə monarxiya rejiminə son qoyuldu. Bu müsəlman ölkəsində xalqımızın əjdatları olan İraq türkmənləri-Kərküklər yaşayır. Onlar müxtəlif təziqlərə məruz qalsalar da öz varlıqlarını qoruyub saxlamışlar. Bu, Azərbaycan müstəqil ölkə olandan bəri İraq Prezdentinin Azərbaycana ilk rəsmi səfəridir.
İraq Respubliksının Prizdenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri çərçivəsində imzalanmış sənədlər:
• “Azərbaycan Respublikasının Əmək və əhalisi sosial müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial işlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandomu”;
• “Azərbaycan Respublikasının Dövlət turizm Agentliyi ilə İraq
Respublikasının mədəniyyət,Turizm və Tarixi abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”
• “Azərbaycan Respublikasının Höküməti ilə İraq Respublikası Höküməti arasında hava əlaqsi haqqında Saziş”;
Azərbaycan Respublikası və İraq Respublikası arasında ikitərəfli münasibətlər:
• 2 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır;
• 30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikasının arasında diplomatik münasibətlər qurulmuşdur;
• 20 may 2011-ci ild tarixində Azərbaycan Respublikası Höküməti və İraq Respublikası Höküməti arasında Ticarət, iqtisadi, elmi ,texniki və mədəni əməkdaşlıq üzrə Hökümətlərarası Birgə komissiya yaradılmışdır;
İraq Respublikasının Prezdenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasıın Ərazi bütovlüyünü dəstəklədiyni bildirmişdi. Biz inanırıq ki, Dünyamız nə qədər çətin və qarışıq olmasına baxmayaraq ədalət öz yerini tapacaq. Azərabaycan hərb sayəsində əldə etdiyi qələbə kimi siyasi sahədədə qalib olacaqdır. Azərbaycan Sülhə Hazırdır.