Vətən müharibəsi şəhidi İsabala Hüseynov anım günündə ehtiramla yad edilib

Vətən müharibəsi şəhidi İsabala Hüseynov anım günündə ehtiramla yad edilib

Dekabrın 5-də Vətən müharibəsi şəhidi Hüseynov İsabala Ceyhun oğlunun anım günü qeyd edilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan “Vətən uğrunda”, "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Laçının azad olunmasına görə” medallarına layiq görülən Şəhid Hüseynov İsabala Ceyhun oğlunun anım günü qeyd olunub.

Anım günü münasibətilə YAP Suraxanı Rayon Təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, digər rəsmi şəxslər  şəhid ailələri şəhidin Əmircan qəsəbəsi Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub.