YAP Suraxanı rayon təşkilatının nümayəndələri Qazi Rufullayev Namiqin oğlu Mustafanın doğum günündə iştirak ediblər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Qazi Rufullayev Namiqin oğlu Mustafanın doğum günündə iştirak ediblər

Azərbaycan öz tarixi torpaqlarını canlarını vətən uğrunda qurban verən igid oğulları sayəsində düşmən tapdağından azad etmişdir. Sağlamlıqlarını vətənin bütövlüyü uğrunda qurban verən vətənpərvərlərin xidmətləri unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgi və qayğı ilə əhatələnirlər.

Azərbaycanın rəşadətli ordusunun qəhrəman hərbiçisi, Suraxanı rayon sakini, cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Rufullayev Namiq Arif oğlunun övladı Mustafanın 1 yaşı tamam olur. Bu münasibət Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və rayon təşkilatının nümayəndələri ailəni ziyarət edərək, qazinin övladını təbrik etmiş, doğum gününü qeyd edən balamızın hədiyyələr təqdim olunmuşdur, ailəsinin qayğıları ilə maraqlanılmışlar.

Sonda Qazi Namiq Rufullayev və ailəsi Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına qazilərə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.