Bəhruz Cabbarov
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu, 196 nömrəli tam orta məktəbin müəllimi
Zərifə Əliyeva 1923cü il 28 apreldə dünyaya göz açmışdır. Akademik Zərifə Əliyeva Azərbaycan Elmi tədqiqat Oftomolagiya İnstitutunda elmi işçi olmuşdur. 1969cu ildən Ə.Əliyeva adına Azərbaycan Həkimləri Təkmilləşdirmə institutunda göz xəstəlikləri kafedrasının dosenti, professor kimi vəzifələrdə olub. Zərifə Əliyevanın oftomolagiya sahəsinin inkişafında mühüm rolu olub. Digər sahələrdə olduğu kimi Zərifə Əliyeva bu sahədə də müəyyən töhfələr verib. Zərifə Əliyeva “Terapevtik oftalmologiya” kimi nadir elmi əsərlərin müəlliflərindən biridir. Zərifə Əliyeva öz həyatını səhiyyənin inkişafına həsr edib.
O, həmişə çalışıb ki, Azərbaycanda səhiyyə yüksək səviyyədə inkişaf etsin və inkişaf dinamikasını heç vaxt itirməsin. 20-ci əsrdə gözü ağır dərəcədə zədələyən, hətta kor olmağa səbəb olan bir xəstəlik yayılmışdı. Bu xəstəlik traxoma infeksion xəstəliyi idi. Bu xəstəliyin çarəsi tapılmamışdı. Bu səbəbə görə həmin bu infeksiya Azərbaycan respublikasının səhiyyəsi üçün mühüm mövqedə dayanırdı. Belə xəstəliyin yayıldığı bir dövrdə Zərifə Əliyeva bu infeksiyanın qarşısını almaq üçün aparılan müalicəvi və profilaktik tədbirlərdə fəal şəkildə iştirak edənlərdən idi. Sırf bu səbəbə görə Zərifə Əliyeva Moskvaya getmiş, Zərifə xanım Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir.
O, ixtisaslaşdırma kursunu uğurla bitirdikdən sonra Azərbaycana geri gəlir, 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını da axsatmır, əksinə davam etdirir. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətinin 1-ci mərhələsini traxoma infeksion xəstəliyinin müalicəsinə həsr edir. Beləliklə, Zərifə xanım ilk elmi araşdırmalarını bu mövzuya adayır.
Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, traxomanın müalicəsində daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan antibiotikdən – sintomisindən istifadə olunmasına həsr edir. Çünki sintomisin geniş antibakterial spektrlərlə yanaşı, antixlamedik fəallığa malik idi. Bu dövrdə akademik Zərifə xanım yalnız çalışdığı institutda fəaliyyət göstərmirdi, bununla yanaşı o,respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini tədqiq edir və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi.
Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda da xidmət göstərib. Onun tədqiqatları uğurlu olur. Həmin bu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə müdafiə etdiyi «Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi» mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, o elmlər namizədi dərəcəsinə yüksəldi.
Zərifə xanımın təklif etdiyi müalicə metodu tez bir zamanda bütün respublikada həyata keçirilir və xalqımız bu xəstəlikdən xilas olur. Buna görə də Azərbaycanda traxomanın sosial xəstəlik kimi sona çatması, yəni ölkəmizin bu cür bir xəstəlikdən azad olmasi məhz Zərifə xanımın adı ilə bağlıdır. Sonra Zərifə xanım oftalmologiya elmi üçün mühüm əhəmiyyət daşıyan digər sahələrdə tədqiqatlar aparmağa başlayır. O, qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı araşdırma işləri aparır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə və bu haqda daha çox məlumat almağa kömək etdi.
1960-cı ildən 1967-ci ilədək böyük alim Zərifə Əliyeva Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona «Oftalmologiya» ixtisası üzrə böyük elmi işçi adı vermişdir. Zərifə xanım bu dövrdə həkimliklə də məşğul olurdu. O, bir çox cərrahiyə əməliyyatları aparır, bununla yanaşı o xəstələrə də dəstək olurdu. Həmçinin o, göz xəstəliklərinin müalicəsi üçün təkmilləşdirmə işləri də aparırdı. Tibbi məsələlərə çox diqqət edib bununla bağlı araşdırmalar aparmaqla yanaşı, Zərifə xanım Əliyeva elmi tədqiqat işlərini də dayandırmırdı, əksinə davam etdirirdi. Həmin dövrdə o, oftalmologiyanın bir sıra aktual məsələlərinə diqqət yetirirdi. Bu məsələlərə diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. aiddir.
Oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi görmə orqanının patologiyasi idi. Bu sahə az araşdırılıb deyə Zərifə xanım bu sahədə daha çox araşdırma işləri aparır. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin təkmilləşməsi ilə yox, bunlarla yanaşı bir sıra yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə bağlı idi. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir.
O, «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» mövzusunda yazdığı dissertasiya işini dünyanın ən prestijli oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə xanım Əliyevanın həmin bu dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, bu iş oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə xanım Əliyeva tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
Zərifə xanım Əliyeva doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanımı Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçirlər, 1983-cü ildə isə həmin oftomolagiya kafedrasının müdiri olur. Elə ilk gündən etibarən Zərifə xanım Əliyevabacarıqlı gənc həmkarlarını yanına toplayaraq, elmi-tədqiqat işini, kadrların hazırlanmasını və elmi işçilərin hazırlanmasını uğurla başa çatdırdı. Amma kafedranın bazası həmin elmi araşdırmaların aparılması üçün ehtiyacları tam qarşılaya bilmirdi. Təşəbbüs göstərilməli idi. Bu təşəbbüsü də Zərifə xanım Əliyeva etdi. Bu problemin həlli üçün mühüm addımlar atdı.
1977-ci ildə professor Zərifə xanım Əliyevanın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirildi. Belə bir tədbir Bakıda ilk dəfə idi ki keçirilirdi. Məhz buna görə burada təşkilatçılıq bacarığı yüksək səviyyədə olmalı idi, həmçinin zəngin təcrübə olmalı idi. Plenuma hazırlığın və onun keçirilməsinin bütün ağırlığı Zərifə xanımın üzərinə düşdü. Bu plenumun keçirilməsi yalnız Azərbaycanda yox, həmçinin keçmiş İttifaqın ən yaxşı akademik müəssisələrində oftalmologiya sahəsinin inkişafında, bununla yanaşı elmi-pedaqoji kadrların hazırlanmasında xüsusi rol oynadı. Plenum Azərbaycanda professor, Zərifə xanım Əliyevanın görmə orqanının peşə patologiyasi ilə bağlı irəli sürdüyü təşəbbüsü bəyəndi.
1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda Zərifə Əliyevanın təşkilatçılığı ilə yaradılan həmin laboratoriyada az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, mexanizmlərin təsirinin öyrənilməsi üçün çoxlu mühüm və lazımlı tədqiqatlar aparıldı. Elmi araşdırmalar nəticəsində Zərifə xanım Əliyevabir neçə monoqrafiya yazdı, o cümlədən «Şin istehsalında gözün peşə patologiyası», «Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya», «Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası» monoqrafiyalarını da çap etdirdi. Bu əsərlər hal-hazırda da əhəmiyyətli mövqedə durur.
Oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi araşdırmalara görə professor Zərifə xanım Əliyevaoftalmologiya sahəsində çox yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Bunu da qeyd etmək lazımdır ki, professor Zərifə xanım Əliyevahəmin mükafata layiq görülən ilk qadın idi. 1983-cü ildə Zərifə xanım ƏliyevaAzərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının müdiri olduqdan sonra Zərifə Əliyevanın fəaliyyəti daha çox genişləndi.
Qeyd olunmalıdır ki, Zərifə xanım Əliyevanın elmi araşdırmaları sadəcə görmə orqanının peşə patologiyası məsələləri ilə kifayətlənmirdi. Onun görmə orqanının virusla zədələnməsi ilə bağlı işləri də elmi ictimaiyyətə çox yaxşı məlumdur. Həmin elmi işlərin tətbiq olunması bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşı hala salmışdı, onların müalicəvi əhəmiyyətini artırmışdı. Həkim-oftalmoloqlar üçün olan vəsaitlər, məsələn «Herpetik göz xəstəliyi», «Ağır virus konyiktivləri» və s. Elə bu məsələlərə həsr olunmuşdur. Zərifə xanım Əliyeva bir sıra məqalələr və monoqrafiyalar çap etdrib. Akademik «Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası» və «Yaşla bağlı gözün əsəb yollarının dəyişməsi» monoqrafiyalarını dərc etdirib. Zərifə xanım Əliyevanın dərin biliyi, təcrübəsi «Oftalmologiyanın aktual məsələləri» monoqrafiyasında (professor N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə) öz əksini tapmışdır. Bu kitab həm oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə fakültələrinin müəllimləri üçün mühüm əhəmiyyət daşıyır.
Zərifə xanım vətənpərvərliyi, həkim kimi fədakarlığı, vətəndaşlıq məsuliyyəti, qayğıkeşliyi, zəhmətkeşliyi ilə seçilirdi. Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də( 62 yaşında) Moskva şəhərində dünyasını dəyişdi. Bildiyimiz kimi bu il aprel ayında akademik Zərifə Əliyevanın 100 illiyi tamam olur.
Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı: 2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur. Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür.
Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.
Bəhruz Cabbarov
Suraxanı rayonu, 196 nömrəli tam orta məktəbin tarix müəllimi