Heydər Əliyev dünyada sülhün və əmin –amanlığın tərəfdarı olub

Heydər Əliyev dünyada sülhün  və  əmin –amanlığın  tərəfdarı olub
Məlahət Əliyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 278 nömrəli tam orta məktəbin direktoru

Dünyada tarix  haqqında yazanlar  çox  olsa da, tarix  yaradanların  sayı azdır, çünki  tarix yaratmaq  tarix  yazmaqdan  qat-qat çətin  və məsuliyyətlidir. Azərbaycan xalqının  taleyinə  böyük  tarixi, şəxsiyyətlərdən  biri olan  Heydər Əliyev qismət  olmuşdur.  Məhz Ulu  Öndər tarix  yaradan  dahi şəxsiyyətlərdəndir.  Heydər Əliyev mənalı həyatının  hər gün,  hər anı  unudulmaz  tarixdir,  zaman-zaman  xatırlanacaq  tarixi  hadisələrlə  zəngindir.

Ulu Öndər Heydər Əliyev  öz   xalqına, vətəninə  sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, düşünülmüş  və gərgin fəaliyyəti ilə  Azərbaycanın XX əsr  ictimai-siyasi, iqtisadi – mədəni, mənəvi  həyatında yeni  bir tarix  yaratmışdır. Heydər Əliyev dünyada sülhün  və  əmin –amanlığın  tərəfdarı idi. 

20  Yanvar Xocalı  soyqrımı, Dağlıq  Qarabağ  problemi,  1 milyondan  artıq qaçqın və  məcburi  köçkün  taleyi  onun ömrünə  müsibətli  günlər  bəxş  etsə də, dincliyini, rahatlığını əlindən  alsa da,  o müharibənin, qan axıdılmasının  tərəfdarı  deyildi. O,  torpaqlarımızın  azğın  düşmən  azad  olunacağına  əmin  idi və bu yolda  öz səylərini  bir anda belə  əsirgəmirdi. Ulu Öndər  həmişə, hər zaman  ən ağır  anlarda  belə  xalqı ilə  bir  olmuş,  xalqının  səsinə  səs vermişdir.

1990 –cı ilin  20 Yanvar  faciəsinin  səhəri günü Heydər Əliyevin  Azərbaycanın  Moskvadakı  nümayəndəliyinə  gəlib  Mixayıl Qarbaçovun  mənfur  antiazərbaycan siyasətini  ciddi  təndiq  etməsi  onu göstərirdi ki,  liderimiz  öz xalqı  üçün haqqın yolunda  canını  qurban verməyə həmişə  hazır  olan  bir  şəxsiyyət, Böyük  Azərbaycanlı oğlu  olmuşdur.

Heydər Əliyev 1993-cü ildə  II dəfə siyasi  hakimiyyətə gəlişi  nəinki Azərbaycanı, bütöv bir xalqı  məhv   olmaq  təhlükəsindən  xilas  etdi. O, 1993 -1994 -1995-ci  illərdə  qardaş  qırğınının, vətəndaş  müharibəsinin  qarşısını  almağa nail  oldu.O, Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən xilas etmədi,həm də xalqımıza yeni firavan, müstəqil Azərbaycanı bəxş etdi.

1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı ilə Füzuli rayonunun 22 kəndini azad etdi.1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs elan olundu. Heydər Əliyev 1994-cü ildə  “Xocalı soyqırımı günü “ haqqında qərar qəbul etdi. 1997-ildən hər il fevralın 26-sı ”Xocalıya sükut” qərarı ilə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi sükut dəqiqəsi ilə yad edildi.

1994-cü il Əsrin müqaviləsi ilə Heydər Əliyev özünün neft strategiyasını müəyyənləşdirdi. Bu müqavilələrin bağlanması əhalinin sosial rifahının yaxşılaşmasına gətirib çıxardı. Ulu Öndər “Bakı Tibiilisi Ceyhan “, “Bakı-Ərzurum Qaz kəməri “ layihələrini reallığa çevirdi.

Ulu Öndər deyirdi: “İnanıram ki mənim axıra çatdıra bilmədiyim taleyüklü işləri sizin köməyinizlə İlham Əliyev başa çatdıracaq. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm.”

Böyük qürurla söyləyə bilərəm ki , Heydər Əliyevin canı-qanı bahasına qurub yaratdıgı müstəqil Azərbaycanın müqəddəratını özünün layiqli davamçısı olan cənab İlham Əliyevə etibar etməkdə yanılmadı. Bu ölkə onun gərgin əməyi nəticəsində daha da zirvələrə doğru inkişaf edir. Bu gün İlham Əliyevin daxili siyasəti Azərbaycanın dinamik iqtisadi inkişafına, azad olunmuş ərazilərimizdə quruculuq işlərinə istiqamətlənib.

Nə qədər bəşəriyyət var, Azərbaycan və Azərbaycançılıq məfkürəsi var olacaq! Nə qədər Azərbaycan yaşayır, demək Heydər Əliyev var, çünki o, əbədidir, ölməzdir!