Suraxanı rayonu 114 nömrəli tam orta məktəbdə “Kosmosa bir günlük səyahət, STEAM gecəsi” adlı tədbir keçirilmişdir

Suraxanı rayonu 114 nömrəli tam orta məktəbdə “Kosmosa bir günlük səyahət, STEAM gecəsi” adlı tədbir keçirilmişdir

17 aprel 2026-cı il tarixdə Suraxanı rayonu 114 nömrəli tam orta məktəbdə “Kosmosa bir günlük səyahət, STEAM gecəsi” adlı tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov və məsləhətçisi Fərəh Məcidzadə, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Ləman Həşimova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, digər rəsmi şəxslər, 114 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynova, məktəbin müəllim – şagird kollektivi və valideynlər iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Tədbirdə STEM fənlərinin tədrisində şagirdlər tərəfindən yaradıcı düşüncə və dizayn kimi hazırlanmış bədii bacarıqlar nümayiş etdirilmişdir. Tədbirdə çıxış edən natiqlər STEAM təhsilinin məqsədinin, düşündüklərini reallaşdıra bilən, təməl elmlər tərəfindən ortaya qoyulan nəzəri bilikləri alaraq texnologiya və mühəndislik təhsili ilə qarışdıraraq həyata dəyər qatacaq məhsullar istehsal edən XXI əsr bacarıqlarına sahib gənclərin yetişdirmək olduğunu, STEAM məktəbi olmaqla Azərbaycanda STEAM təhsilinə rəhbərlik etmək və bu təhsili genişləndirməyin hədəflənməsini, bu gün XXI əsr bacarıqlarına sahib fərdləri yetişdirməyin yolunun STEAM təhsili olmasını, STEAM təhsilinin dünyanın hər yerində təhsil islahatının mərkəzində və getdikcə daha çox əhəmiyyət kəsb etməsini vurğulamışlar.