Azəraycan Gənclərinin İnkişafında Heydər Əliyev Fondunun Misilsiz Rolu

Azəraycan Gənclərinin İnkişafında Heydər Əliyev Fondunun Misilsiz Rolu

İlkin Muradov

YAP Suraxanı rayon təşkilatının fəal gənci

“Suraxanı OYL OK S.A” Şirkətinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı

Heydər Əliyev Fondu 10 may 2014-cü ildən Azərbaycan xalqının ehtiramını ifadə etmək, milli dövlətçilik ideyalarını yeni nəsillərə ötürmək məqsədi ilə Heydər Əliyevin xatirəsinə əsasən yaradılmışdır. Ulu öndər Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, gənclərlə iş, onlara hər sferada dəstək bu gündə davam etdirilir.

1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması sübut edir ki, Ulu öndər ölkənin gələcəyini birbaşa gənclərə hərtərəfli inkişafı ilə bağlayır. Göründüyü kimi Azərbaycan Gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda mövcud olan yüzlərlə qeyri-hökümət və gənclər təşkilatlarının aktiv fəaliyyəti və cənab Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin Gənclər ili elan edilməsi buna əyani sübutdur.

Heydər Əliyev Fondu tərəfindən Bakıda və digər rayonlarda uşaq evləri və internat məktəblərinin açılması, mövcud problemlərin həll edilməsi, idmanın hər bir sahəsində gənclərə dəstək, təhsil müəssisələrinin tam müasir təhcizatlarla təmin olunması, ən ucqar kəndlərdə gənclərin təhsil almaları üçün məktəblərin açılması, şəhid ailələrinə, əlillərə, aztəminatlı ailələrə hər zaman  dəstək olmaq artıq ənənəy çevrilib.

Təhsil-idman sahəsi ilə yanaşı səhiyyə sahəsində gözlə görünən yüksək inkişaf Fondun təşəbbüsüdür. Ən önəmli məqsədlərdən biri də, Fondun milli-mənəvi dəyərlərimizin qorunması, dünyada geniş təbliğatı ilə bağlıdır.       

Heydər Əliyev Fondunun başlıca məqsədlərindən biri Ulu Öndərin zəngin irsinin Vətən qarşısında misilsiz xidmətlərinin  milli dövlətçilik ideyalarının dərində öyrədilməsi, təbliği və yeni nəsillərə çatdırılmasıdır.