YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir
16 aprel 2026-cı il tarixdə YAP Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Yeni Günəşli “D” yaşayış sahəsi Elçin İsmayılov küçəsi (36 saylı Musiqi məktəbi) 36 ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın məsləhətçisi Kürsüm Həsənovanın iştirakı ilə iclas keçirilmişdir.
İclası ƏPT-nin sədri Sevinc Nəbiyeva açıq elan edərək ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş işlər haqqında geniş məlumat vermişdir. O, yerli təşkilat tərəfindən verilən tapşırıqlara hər zaman operativ reaksiya verildiyini və bu işdə ƏPT-də təmsil olunan YAP üzvlərinin ona dəstəyini xüsusi vurğulamışdır.
Daha sonra Sevinc Nəbiyeva bugünkü iclasın gündəliyində iki məsələ - ƏPT-nin sədr və sədr müavininin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı. ƏPT-nin cari sədri onu da vurğulamışdır ki, işlərinin çoxluğunu əsas gətirərək o, ƏPT-nin sədri vəzifəsindən istefa verir.
ƏPT-nin fəal üzvü Türkan İsmayılova ƏPT-nin sədri vəzifəsinə Ağayeva Raminə Əhməd qızının namizədliyini irəli sürdü. ƏPT-nin üzvləri arasında sədr seçkisi keçirildi. Səsvermə yolu ilə Raminə Ağayeva yekdilliklə ərazi partiya təşkilatının sədri seçilmişdir.
Yeni seçilmiş ƏPT-nin sədri Raminə Ağayeva çıxış edərək ona etimad göstərib seçən bütün üzvlərə öz dərin minnətdarlığını ifadə etmişdir.
Daha sonra Raminə Ağayeva ƏPT-nin sədr müavini vəzifəsinə uzun illər partiya fəaliyyəti və təcrübəsi olan Nəbiyeva Sevinc Abdulla qızının namizədliyini irəli sürdü. ƏPT-nin sədri xüsusi olaraq qeyd etmişdir ki, bütün ƏPT-nin üzvləri Sevinc Nəbiyevaya partiya işinin təşkilində dəstək verəcəklər.
ƏPT-nin üzvləri arasında sədr müavini seçkisi keçirildi. Səsvermə yolu ilə Sevinc Nəbiyeva yekdilliklə ərazi partiya təşkilatının sədr müavini seçilmişdir.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova çıxış edərək bildirmişdir ki, ümumillikdə Qaraçuxur qəsəbəsi Yeni Günəşli “D” yaşayış sahəsi Elçin İsmayılov küçəsi (36 saylı Musiqi məktəbi) 36 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Eyni zamanda da yerli təşkilatın nümayəndəsi tərəfindən yeni seçilmiş sədr və sədr müavininə gələcək fəaliyyətində uğurlar arzu edilərək, bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması, üzvlərin uçotunun operativliyi və dəqiqliyinin diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti vurğulanmışdır. YAP Suraxanı rayon təşkilatının fəallarının sosial şəbəkələrdə aktivliyinin artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunmasının vacibliyi barədə çıxış edərək yerli təşkilatın tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.
Sonda ƏPT-nin üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.