Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr olunub.
Məshəti Sadiqli
YAP Suraxanı rayon təşkilatın ƏPT-nın sədr müavini
Suraxanı rayonu 203 saylı körpələr evi uşaq bağçasının müdir əvəzi
Konstitusiya - dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Konstitusiyanın əsas prinsipi - vətəndaşların hüquq və azadlıqlarını qorumaq, dövlətin siyasi, iqtisadi və hüquqi sistemlərin əsaslarını bərqərar etməkdir.
Konstitusiya dövlətin icra və məhkəmə orqnlarının funksiyalarını əks etdirən, şəxsiyyət və dövlət arasında münasibətləri müəyyənləşdirən hüquqi sənəddir.
Azərbaycanın birinci Konstitusiyası 1921- ci ilin may ayının 19 da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunmuşdu. İkinci Konstitusiya 1921 -ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci ilin mart ayının 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunmuşdu. Üçüncü Konstitusiyada SSRİ Konstitusiyasına uyğunlaşdırılmış və 1978- ci il aprelin 21-də qəbul olunmuşdu.
Azərbaycan Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respubliksının Prezidenti, Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsi hazırlayan komissiya yaradıldı. Komissiyanın hazırladığı Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi və ilk müstəqil Konstitusiya 1995-ci ilin Noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin çoxu Konstitusiya qəbul edilməısinin lehinə səs verdi. Əsas qanun Noyabrın 27-də hüquqi qüvvəyə mindi. İlk konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq , 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il 12 Noyabr Konstitusiya Günü kimi qeyd edilir
Beləliklə 12 Noyabr Müstəqil Azərbaycan tarixində önəmli tarixlərdən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətlərindən biri hesab olub.
5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Respublikasının Konstitusiyasında dövlətin strateji fəaliyyət istiqamətlərini, vətəndaşların əsas hüquq və azadlıqlarını, şəxsiyyət toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması , həmrəylik və humanizm prinsipləri üstün tutulur.
Ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinə uyğun Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr olunub. 2002 -ci ilin avqustun 24-də, 2009-cu ilin martın 18-də və sonuncu dəfə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin sentyabr 26-da əlavə dəyişikliklər nəticəsində Əsas Qanunumuz yeni dövrün tələblərinə uyğunlaşdırılıb.