Zəngilan şəhəri bu gün tamamilə yenidən qurulur

Zəngilan şəhəri bu gün tamamilə yenidən qurulur

Günay Əliyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan Respublikasının cəbub-qərbində Ermənistan  və İranla sərhəddə Bakı-Culfa-Naxçıvan magıstral dəmir və şose yolları üzərində strateji cəhəddən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşən Zəngilan 2020-ci il 20 Oktyabrda 27 illik işğaldan azad olunaraq azadlığına qovuşdu.

Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı  inzibatı bölgülərə məruz qalmışdı.Rusiyanın  işğalı  zamanı  1828-ci  ilə qədər  bölgənin ərazisinin Bəsitçaydan  qərb tərəf hissəsi Naxçıvan ,şərq tərəf hissəsi isə Qarabağ xanlığının tərkibində idi.Vahid  sərhədə malik olmayan  Zəngilan 1930-cu ildə müstəqil rayon  kimi formalaşır və dəqiq  müəyyən olunmuş ərazisi olur.1967-ci ildə Zəngilana  şəhər  statusu verilir.Öz mövcudluğunun  son illəri dövründə bu bölgə 1993-cü il 27 Oktyabrda Ermənistan qoşunları  tərəfindən işğal olunaraq 27 illik işğal  dövrünü yaşadı.Vaxtı ilə işğalda olan digər torpaqlarımız kimi Zəngilanda erməni vandalizminin qurbanına çevrilmiş,xalqımızın uzaq keçmişindən bu günümüzə qədər həyat tərzini ,mədəniyyətini əks etdirən mədəniyyət abidələri,müzeylər,təhsil müəssisələri ,məscidlər dağıdılaraq məhv edilməyə məruz qalmışdı.

2020- ci il sentyabrın 27-də  başlayan Vətən müharibəsi zamanı Zəngilan  rayonundan şərqdə  yerləşən Cəbrayıl  rayonunda  düşmən  qüvvələrinə  qarşı sarsıldıcı zərbələr  vurulması  və 30-dan çox  yaşayış məntəqəsinin işğaldan  azad  edilməsi  Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun  inzibati  hüdudlarına çatmasına şərait  yaratdı.Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa  növbəti müraciəti zamanı Zəngilan  rayonunun Havalı,Zərnəli,Şərifan,Birinci Muğamlı ,Məmmədbəyli və Zəngilan  şəhərinin işğaldan  azad  edildiyini elan  etmişdi.Zəngilanın işğaldan azad edilməsi ilə Azərbaycan İran sərhədi tam bərpa olundu.Müzəffər Ali Baş Komandan  prezident İlham Əliyevin sərancamı ilə  rayonun azad edilməsi uğrunda  aparılmış döyüş əmaliyyatlarında  iştirak edərək igidlik  nümayiş etdirmiş Azərbaycan Respublikasın Silahlı qüvvələrinin hərbi qulluqçuları Zəngilanın azad olunmasına görə medalı ilə  təltif olunmuşdular. 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair  birinci dövlət proqramı çərçivəsində öz əsrarəngsiz təbiəti ilə  seçilən Zəngilan şəhəri bu gün tamamilə yenidən qurulur. 27 May 2022-ci  tarixi təkcə Ağalı kəndi sakinləri üçün  deyil bütün Azərbaycan xalqı üçün qürurverici  bir gün kimi  yazıldı.Böyük qayıdışın Zəngilana aid  hissəsi bugün  Ağalı  kəndində ağıllı kənd layihəsinin birinci mərhələsi ilə  reallaşır.Ağıllı kənd layihəsinin əsas məqsədi  kənd sakinlərinin  həyatını yüngünləşdirmək,yaşayış səviyyəsinin yüksəldilməsidir.

 Artıq azad olunmuş bütün əzəli  torpaqlarımızda  sürətli bərpaquruculuq işləri gedir ,həmin ərazilərdə həyat yenidən canlanır.