Zərifə xanım Əliyeva dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmişdir

Zərifə xanım Əliyeva dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmişdir

Günay Xıdırova

Həkim-laborant, YAP Suraxanı rayon təşkilatının fəal üzvü

28 aprel gözəl ana, vəfalı ömür-gün yoldaşı, böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günüdür. Zərifə xanım 1923-cü il aprel ayının 28-də Naxçıvan Müxtar Respublikasının Kəngərli rayonun Şahtaxtı kəndində böyük şəxsiyyət Əziz Əliyevin ailəsində anadan olmuşdur. Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi.

Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitunun müalicə-profilaktika fakultəsinə daxil olur və 1947-ci ildə istitutu əla qiymətlərlə bitirir. Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdır. Zərifə xanım Azərbaycanda traxoma xəstəliyinin kökünün kəsilməsini qarşısına məqsəd qoymuşdur. Min bir çətinliliyinə və məsulliyyətliliyinə baxmayaraq o, tezliklə böyük uğurlar əldə edir. Azərbaycanda traxoma xəstəliyinin sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.

1969-cu ildə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patalogiya kafedrasının müdiri vəzifəsində çalışıb. Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəliflərindən biri, 12 monoqrafiya dərsliklərin və dərs vəsaitlərinin, 150 yaxın elmi işin, bir ixtira və 12 səmərəlləşdirici təkliflərin müəllifidir. Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb elmləri Akademiyasının M.İ. Averbax adına mükafatına layiq görülüb.

Zərifə Əliyeva həkimlik peşəsini çox uca tuturdu. Həkimlik anddır, vicdandır. İnsanların sağlamlığının keşiyində dayanmağı özünə həyat amalı seçənlər yaddaşlarda əbədi yaşayırlar. Sənətini yaxşı bilən, xalqın sağlamlığı keşiyində ləyaqətlə dayanan həkimlərə “El anası” demişlər. Bu adı onlara xalq vermişdir. Tanrı tərəfindən seçilmiş elə insanlar var ki, sağlığında insanların sevgisini qazanır dünya ilə vidalaşandan sonra tarixdə əbədi ad qoyur.

Zərifə xanım Əliyeva dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmişdir. Onun ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir. Zərifə xanım Əliyeva valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana kimi gələcək nəsillərə bir örnək olaraq həyatımızda dərin izlər buraxmışdır. Eləcə də mənim həyatımda O, mənim üçün yüksək mədəniyyət, ziyalılıq, düzlük, öz işinə sadiqlik, bütün bilik və bacarığı ilə xalqına xidmət etmək işinə yönəldən böyük bir insan obrazıdır.

Dünyada minlərcə peşə və sənəd mövcuddur. Gələcəkdə kim olmaq böyük bir sınaq və imtahandır. Həqiqətən çox məsuliyyətli məsələdir. Bu məsələni özüm üçün hələ uşaqlıq illərindən seçmişəm. Mən həkim olmaq istəyirəm. Uşaqlığımda gördüyüm müharibə və bu müharibənin bir ömür boyu həyatımda buraxdığı dərin və sağalmaz izləri, yaşadığım məcburi köçkünlük həyatı mənim xəyallarıma və məqsədlərimə maneə ola bilmədi. Ancaq qəlbimizin dərinliklərində həmişə torpaqlarımıza yenidən qayıtmaq ümüdü var idi. Zərifə xanım Əliyevaya minətdarıq ki, vətənimizin qurur sayılan İlham Əliyev kimi  övlad böyüdüb boya-başa çatdırıb. Məhz  Prezident cənab İlham Əliyev bizim dövləti dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Uzun illər həllini tapmamiş münaqişəni 44 gün kimi qısa müddət ərzində həll etdi və bizi rəşadətli ordusu ilə bərabər qələbədən-qələbəyə apardı. Dövlətimizin başçısının “Dəmir yumruğu” hesabına tarixi torpaqlarımızı düşmən işğalından azad edildi.