Zəngilan rayonuna Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi əlamətdar hadisədir
Vaqif Qurbanov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, hərbi ekspert
Azərbaycanın qədim bölgələrindən biri olaraq şərqlə qərbin qovuşduğu yerdə yerləşən və mürəkkəb relyefli, nadir çinar meşələrinə görə dünyada ikinci, avropada isə birinci olan Zəngilan rayonu daima ticari əlaqələrin inkişaf etməsində mühüm rol oynamışdır. Rayon ərazisində aparılan arxeloji qazıntılar zamanı aşkar olunan arxeoloji və memarlıq abidələri bu ərazilərin qədim tarixə malik olmasının bir sübutudur. Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri – Məmmədbəyli türbəsi, XIV əsrə aid Hacallı dairəvi bürcü, Yenikənd sərdabəsi, Səfəvilər dövründə tikildiyi ehtimal olunan və XVII-XVIII əsrə aid məscid, Bartaz qız qalası, Daş heykəllər muzeyi, Koroğlu daşı və sadalamaqla qurtarmayan tarixi əsərlərlə zəngin olmuşdur. Onlardan ən böyüyü «Şəhri Şərifan» adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır. Ulu Öndər Heydər Əliyev Zəngilan rayonunun tarixi ilə əlaqədar öz çıxışında bildirmişdir ki, Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var. Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş vermişdir. Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları yaşayıblar, yaradıblar və beləliklə də Zəngilan həm öz təbiətinə görə, həm o torpaq üzərində insanların qurduqlarına, yaratdıqlarına görə və bugünkü nəsillərə çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir.
1988-ci hadisələrindən sonra Ermənistanla həmsərhəd olduğundan Zəngilan rayonunda yaşayan əhali sosial çətinliklrələ üzü-üzə qalmışdı. 1993-cü ilin 30 oktyabrında Zəngilan rayonu uğrunda gedən ağır döyüşlərdən sonra strateji əhəmiyyət daşıyan mövqelərin itirilməsi nəticəsində rayon erməni birləşmələri tərəfindən işğal olundu. Beynəlxalq konvensiyalara, hüquq normalarına məhəl qoymayan azğın erməni quldur dəstələri misli görünməmiş cinayətlər törədərək, dinc əhalini, qocaları, qadınları və hətta az yaşlı uşaqları belə işgəncələrlə öldürməkdən çəkinməmişlərdi. 30 ilə yaxın işğal dövründə Zəngilan rayonunda dinc əhaliyə məxsus evlər düşmən tərəfindən darmadağın edilmiş, atalarımızdan bizə miras qalan tarixi və dini abidələrimiz xüsusi qəddarlıqla məhv edilmişdir.
Qarabağda 2021-ci il sentyabrın 27-dən noyabrın 8-dək rəşadətli Azərbaycan Ordusu tərəfindən keçirilən uğurlu əks-həmlə əməliyyatı nəticəsində 5 şəhər, 3 qəsəbə və 215 kənd işğaldan azad edilmişdir. Bu yaşayış məntəqələri arasında Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 47 kəndi də var. Torpaqlarımız işğaldan azad olunduqdan sonra, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan şəhərinə gələrək Azərbaycan bayrağını qaldırdı. Bununla da düşmən cənab Prezident İlham Əliyev tərəfindən işğalından azad olunan bu torpaqların Azərbaycanın əzəli torpaqları olduğunun dünyaya bir məsajı verilmiş oldu.
Dövlət başçımızın tapşırığı ilə Zəngilan rayonunda infrastrukturların yenidən qurulması və bərpa işləri aparılır. Gözəl təbiətinin və zəngin təbii sərvətlərinin olması Zəngilan rayonunun yaxın gələcəkdə Azərbaycanda ən qabaqcıl rayonlarından birinə çevrilməsinə imkan saxlayacaqdır. Belə ki, Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən Ağıllı kənd” pilot layihəsi, yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələrindən ibarət 5 komponent üzrə aparılır. Bu layihə həyata keçirildikdən sonra, düşmən tərəfindən dağıdılaraq xarabalığa çevrilmiş evlərin yerində, istehsal müəssisələri və sosial xidmətlərin yer aldığı müasir standartlara cavab verən yaşayış məntəqələri əhalinin istifadəsinə təqdim olunacaqdır.
İşğaldan azad olunan rayonlarda bütün ifrastrukturların yenidən qurulması ilə əlaqədar görülən işlər daima cənab Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Mayın 4-də Prezident İlham Əliyev Prezident tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna xüsusi nümayəndənin təyin edilməsi Zəngilan rayonu üçün əlamətdar hadisələrdən biridir. Prezident xüsusi nümayəndəsini təyin edərkən vacib tövsiyələrini verməklə yanaşı, həm də növbəti dəfə erməni faşizminin iç üzünü açaraq demişdir ki, Zəngilan rayonunda 1-2 salamat qalmış binadan başqa bütün infrastruktur erməni silahlı birləşmələri tərəfindən yerlə yeksan edilərək xarabalıqlara çevrilmişdir. Onların bu vəhşiliyi, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərmişdir. Tarix boyu Azərbaycan erməni vandallarının törətdiyi insani, maddi-mədəni soyqırımlara məruz qalmışdır.
Zəngilanda Zəngəzur dəhlizinin açılması və Zəngilan Beynəlxalq Hava Limanın inşası kimi, böyük infrastruktur layihələri həyata keçiriləcək. Zəngəzur dəhlizinin açılması Azərbaycanla Türkiyə arasında bir başa əlaqənin təmin olunmasını saxlayacaq, Zəngilan Hava Limanının açılması isə ölkənin turizm sektorunun inkişafına təkan verəcəkdir. Bu da, Azərbaycanın iqtisadiyyatının inkişaf etməsi ilə regionun inkişafına zəmin yaradacaqdır.
Azərbaycanın əsas hədəfi “Böyük Qayıdış”ın təmin olunmasıdır. Ölkə rəhbəri öz çıxışında qeyd edərək bildirmişdir ki, aparılan sorğularda iştirak edən məcburi köçkünlərin böyük əksəriyyəti öz doğma yurdlarına geri dönməyə hazır olduqlarını bildirmişlər və biz bu qayıdışı təmin edəcəyik. Ancaq bu rayonlarda insanların normal yaşaması üçün lazımi infrastrukuru yaratdıqdan sonra həyata keçər. İşğal olunmuş rayonlarda aparılan abadlıq və bərpa işlərini Azərbaycan heç bir dövlətdən maddi yardım almadan yalnız öz hesabına həyata keçirir. İşğal olunmuş torpaqların azadlığı uğrunda aparılan döyüş əməliyatlarının zəfərlə nəticələnməsi və müharibədən sonra azad olunmuş ərazilərdə abadlıq və bərpa işlərinin yüksək templə aparılması Azərbaycanın güclü dövlətçilik mexanizminin və güclü iqtisadiyyatanın olmasının göstəricisidir. Azərbaycanın güclü dövlət olaraq dosta güvən, düşməndə qorxu hissinin yaratması, cənab Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir. Cənab Prezidentinin ölkəmizin inkişafı ilə əlaqədar aldığı qərarlar nəticəsində Azərbaycan günü gündən inkişaf edərək dünya arenasında söz sahibi olan bir ölkəyə çevrilmişdir. Azərbaycanın inkişafı, regionun inkişafı deməkdir.