Zəngilan özünəməxsus təbiəti, zəngin tarixi və strateji mövqeyi ilə seçilir
Aynur Babaşeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
2 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin əməkdaşı
Vətən sevgisi bəzən bir torpaq parçasına, bəzən doğma ocağın tüstüsünə, bəzən də illərlə həsrətində olduğumuz bir şəhərin adına sığır. Elə şəhərlər var ki, onların adı çəkiləndə yalnız coğrafi məkan deyil, bütöv bir xalqın yaddaşı, keçdiyi sınaqlar və yaşatdığı ümidlər göz önündə canlanır. Zəngilan da belə şəhərlərdəndir. Onun adı Azərbaycan xalqının yaddaşında həm ağrılı ayrılığın, həm də qürurlu qayıdışın rəmzi kimi yaşayır.
20 Oktyabr – Təqvimdə qeyd olunan adi bir tarix deyil. Bu gün xalqımızın illərdir qəlbində yaşatdığı ümidlərin gerçəyə çevrildiyi, tarixi ədalətin bərpası, qələbənin qazanıldığı gündür. Bu tarix bizə bir daha xatırladır ki, Vətən yalnız yaşadığımız yer deyil, həm də qoruduğumuz yaddaş, sahib çıxdığımız tarix və gələcək nəsillərə ötürəcəyimiz mənəvi mirasdır.
Azərbaycanın bölgənin deyil, bütövlükdə Azərbaycanın milli sərvətlərindəndir. cənub-qərbində yerləşən Zəngilan özünəməxsus təbiəti, zəngin tarixi və strateji mövqeyi ilə seçilən qədim yerlərimizdəndir. Araz və Oxçuçay hövzələrinin təbii gözəllikləri, dağları, meşələri və münbit torpaqları bu bölgəyə xüsusi gözəllik verir.
Zəngilanın təbiətindən danışarkən nadir çinar ağacları ilə tanınan Bəsitçay vadisini xatırlamamaq mümkün deyil. Bu təbiət inciləri yalnız Yaddaşlardan silinməyən həmin o il - 1993-cü il oktyabrın 29-da Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi minlərlə insanın həyatını dəyişdi.
İnsanlar doğma evlərini, ocaqlarını, ata-baba yurdlarını tərk etmək məcburiyyətində qaldılar. Hər ailə özü ilə bir ömürlük xatirə apardı. Kiminin yaddaşında doğma evinin həyəti, kiminin gözləri önündə məktəbə gedən yollar, kiminin qəlbində isə bir daha görəcəyinə ümid etdiyi kəndi yaşadı. İllər keçdi, həyat öz axarı ilə davam etdi. Zəngilan unudulmadı.
Doğma torpağa qayıtmaq arzusu ailələrdə, söhbətlərdə, xatirələrdə və uşaqlara danışılan hekayələrdə yaşadı. Zəngilanın azadlığına qovuşmaq arzusu isə ümummilli məqsəd idi. 2020-ci ilin payızı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan, illərin həsrətini qələbə sevincinə çevirən unudulmaz bir dövr oldu. 44 günlük Vətən müharibəsi xalqımızın sarsılmaz iradəsinin, milli birliyinin və Vətən sevgisinin ən parlaq təcəssümünə çevrildi.