Ayşat Qasımova
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin müəllimi
Böyük Azərbaycanın qüdrətli xalqı müzəffər Ali Baş Komandanı igid oğullarımızın gücü ilə bu gün biz Böyük Qarabağda, əsrarəngiz Şuşadayıq. Biz artıq xatirələrimizə, uşaqlığımıza, gəncliyimizə yetişmişik. Əslində biz hər zaman ordaydıq, ayrılan cismimiz idi, ruhumuz isə həmişə orda idi. Cismin getməsi xatirələrin də getməsidirmi? Bu sualın cavabını yaşlı bir nənənin dili ilə cavablandıracam: Mən Şuşalıyam, məndən Şuşamı ala bilərlər, mənim ruhumu necə, ayıra bilərlərmi? Xeyr, ayıra bilməzlər, bilmədilər də.
Mən məqaləmə, bədii, bir az da kövrək notlarla başladım. Axı Şuşa adı, Şuşa imzası hərhansı işdə var, bunsuz mümkün deyil. Bəli, qovuşduğumuz Şuşada bu gün onlarla tədbirlər, festivallar, konfranslar keçirilir. Şuşa sevə-sevə həsrətində qaldığı doğmalarına, qonaqlarına ev sahibliyi edir. Cənab prezidentimizin dəfələrlə rəhbərlik etdiyi formlar, konfranslar Azərbaycan gələcəyi, Qarabağın inkişafı üçün atılası addımların bir hissəsidir. 4-cü Sənaye İnqilabı dövründə Yeni media mövzusunda Şuşa Qlobal Media formu kimi burada da cənab prezidentimizin çıxışı, moderator tərəfindən verilən suallara səlis cavabı bir daha ölkəmizin dünya ölkələri sırasında tanınmasını, diplomatik münasibətlərini yüksək səviyyədə tənzimləyən faktlardan biridir.
Azərbaycanın mədəniyyət paytaxtında çıxışı, Şuşanı qələbəmizin rəmzi hesab etməsi, ikinci Qarabağ müharibəsinin sona çatmasının səbəbi kimi qeyd etmişdir. Eyni zamanda cənab İlham Əliyev öz çıxışında əzəli və əbədi dostluq və qardaşlıq münasibətlərinə də toxundu. Onun bariz göstəricisidir ki, dünyanın qlobal liderlərindən olan Türkiyə 44 gün ərzində həmin o mənəvi-maddi dəstəyi əsirgəmirdi.
Çoxtərəfli siyasət, diplomatik münasibətlərdə hər zaman doğru yolda addımlamağı bacaran cənab Prezident şimal qonşumuz Rusiya ilə də münasibətləri diqqətdə saxlayır. Rusiya ilə imzalanan Bəyannaməyə münasibətlərin inkişafında da bir mərhələdir. Bəyannamə imzalanan gündən Rusiya ilə Azərbaycan arasında kifayət qədər uğurlu nəticələr olub.
İnkişaf edən dünyada təbii ki, müharibələr, müəyyən proseslər davam edir. Dünyada Rusiya-Ukrayna müharibəsinin başlamasından, o cümlədən ikinci Qarabağ müharibəsindən sonra vəziyyət, bizim regionda dramatik şəkildə dəyişdiyi üçün müxtəlif qiymətləndirilmələr, müxtəlif təhlillər, rəylər qaçınılmazdır.
Forumda ölkəmizə də təsir edən Covid -19 pandemiyası zamanı Qoşulmama hərəkatı dünya ictimaiyyətinin bu problemə diqqətinin cəlb olunmasında liderlik nümayiş etdirdir. Azərbaycan sədr kimi vaksin milliyətçiliyinə qarşı fəal çıxış edən ölkələrdən biri olub.Bundan başqa humanitar yardım məqsədi ilə 10 milyon ABŞ dolları ayırıb və bir çox ölkələrə vaksinlərlə yardım edib. Təbii iqlim şəraitinə, turizm potensialına görə Qarabağ və Şərqi zəngəzur bizim ümum daxili məhsulda ciddi artıma səbəb olacaq faktdır.
Səfər çərçivəsində Zəngəzur, Kəlbəcər, Laçın, zonasında, Cəbrayıl rayonunda da xüsusi işlər görülücək. Bütün ərazilər minadan təmizlənəcək, çiçəklənəcək. Müharibədən çıxmış ərazilər ən böyük turizm obyektlərinə çevriləcək, iqtisadi qüdrəti artırıcaq. Ümumilli liderin bizə əmanət qoyduğu bu vətən, bu ölkə daha da dünyanın diqqətində, nəzərində böyük gücə sahib olacaq.
Mən fəxr edirəm ki, müstəqil Azərbaycanda, azad torpaqlarda yaşayıram. Fəxr edirəm ki, müzəffər orduya sahib, ali sərkərdəyə malik bir ölkənin vətəndaşıyam.