Zəfər parkının ərazisi 10 hektara yaxındır
Kəmalə Quliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 269 saylı körpələr evi və uşaq bağçasının müdiri
Ölkəmiz günü-gündən inkişaf edir, gözəlləşir, daim yeniliklərə imza atır. Artıq ölkəmiz dünyada öz sözünü demiş, böyük və bütöv bir ölkə kimi tanınır. Ölkəmiz artıq 8 noyabr tarixini böyük qürur və sevinc hissi ilə qeyd edir.
Prezident İlham Əliyevin güclü siyasəti nəticəsində illərdir həsrətində olduğumuz torpaqlarımız işğaldan azad edilib. Xalqın dəmir yumruq kimi ölkə başçısının yanında birləşdiyi, şəhidlərimizin, qazilərimizin canı,qanı bahasına 44 günlük Böyük Zəfər tariximizdən artıq 4 il keçir. Məhz Zəfər tariximizin şərəfinə Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır.
Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Zəfər tariximizin yaddaşlarda daim yaşaması üçün,hər il Anım Günüdə şəhidlərin ruhunu yad etmək üçün Azərbaycanlıların qürar yerinə çevirləcək bir məkan oldu.
20 yanvar faicəsi nəticəsində həlak olanların,Xocalı faciəsində tamamilə məhv edilmiş 8 ailənin, yetim qalmış uşaqları, balasız qalmış anaların alınmış qisaslarının ürək soyudan məkanına çevriləcək "Zəfər" parkı.
Yaşasın Azərbaycan!
Yaşasın Azərbaycanın gələcəyini düşünən, daim Azərbaycanı zirvələrə doğru aparan liderimiz İlham Əliyev!