Zəfər abidəsi qələbəmizi və sarsılmaz birliyi təcəssüm etdirir

Zəfər abidəsi qələbəmizi və sarsılmaz birliyi təcəssüm etdirir

Könül Namazova

 YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin müəllimi

Ermənistan işğal tarixindən 27 sentyabr 2020-ci il tarixinədək Azərbaycan dövlətinə qarşı təhdidlərlə çıxış edirdi.Lakin onlar anlamırdı ki, Azərbaycan artıq 90-cı illərdəki Azərbaycan deyil. Bəli, Azərbaycan dövləti artıq əvvəlki deyil, Azərbaycan güclü dövlətdir, ən müasir silahlarla silahlanmış ordusu var. 27 sentyabr 2020-ci il tarixdən davam edən hərbi əməliyyatlarda Azərbaycan ordusu böyük şücaət göstərərək üstünlük əldə etdi.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir                 

Azərbaycan Respublikasının II Qarabağ savaşında zəfər çalması tarixi əhəmiyyət kəsb edir.Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi dünya dövlətləri Azərbaycanın hansı gücə malik olmasını bir daha görmüş oldu. Qüdrətli Azərbaycan ordusu cənab Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı mənfur erməni işğalından azad etdi. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Məhz bu münasibətlə 08.11.2024 –cü il 8 noyabr prospektində zəfərin yaddaşlarda yaşadılması və şəhidlərin əziz xatirələrini əbədiləşdirilməsi məqsədi ilə Zəfər parkının açılışı oldu. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib və parkda memorial abidə ucaldılıb. Abidə Zəfər gününü və sarsılmaz birliyi təcəssüm etdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər. Açılış zamanı çıxış edən prezident İlham Əliyev: “Biz isə bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bundan sonra da təsir etməyəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir.”

 Qarabağ Azərbaycandır!

Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!