Bəhlul Məmmədov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
12 saylı Birləşmiş Şəhər Xəstəxanasının Baş həkimi
Bu il oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə dörttərəfli görüş keçirilmişdir. Bundan əvvəl isə 31 avqustda Brüsseldə keçirilən üç tərəfli görüşdə də tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər və sülh sazişinə bir qədər də yaxınlaşıblar.
Cənab Prezident İlham Əliyev oktyabrın 6-da Azərbaycan Televiziya kanalllarına verdiyi müsahibədə bildirmişdir ki, “Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq”. O, bu sahədə Şarl Mişelin fəalliyətini yüksək qiymətləndirmiş və qeyd etmişdir ki, Brüsseldə bir neçə dəfə görüşlər keçirilmiş, hər dəfə də sülhə daha da yaxınlaşma olmuşdur. Sonuncu görüş zamanı da önəmli məsələlər müzakirə olunmuşdur ki, bunlar da sülh prossesində gərəkli olacaqdır, deyə Azərbaycan Respublikasının Prezidenti cənab Prezident vurğulamışdır.
Görüş heç də asan keçməmişdir, çünki biz yalnız Ermənistanla deyil onun arxasında dayanan ədalət prinsiplərini gözləməyən digər qüvvələrlə də mübarizə aparırıq. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığımız Böyük Qələbə mövqeyimizin güclü, sözümüzün isə kəsərli olmasına səbəb olmuşdur. Ona görə də Xalqımız tam əmindir ki, nəticələr bizim xeyrimizə olacaqdır. Bu görüş və cənab Prezidentin atdığı bütün addımlar, qaldırdığı digər məsələlər sərhədlərimizin delimitasiya və demokrasiyasının tezliklə həll olunmasına və Böyük Sülh sazişinin imzalanmasına gətirib çıxaracaqdır. Biz buna əminik.
Biz səhiyyə işçiləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevi tam dəstəkləyir və bu görüşdə olduğu kimi, bütün sahələrdə də ölkəmiz, xalqımız üçün hər zaman uğurlara nail olacağımıza inanırıq.