YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
27 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.
Bu gün YAP Suraxanı rayon təşkilatının konfrans zalında Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 4 ünvanında yerləşən (MKTB), Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 18 ünvanında yerləşən (43 saylı Şəhər Poliklinikası), Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 16 ünvanında yerləşən (“Neftçi” İK İB) və Qaraçuxur qəsəbəsi Zaur Şərifov küçəsi 68 B ünvanında yerləşən (“TATLI” un məmulatları) Ərazi Partiya Təşkilatlarının (ƏPT) üzvləri ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək 2 oktyabr tarixində keçirilmiş YAP-ın VIII Qurultayında Cənab Prezidentin çıxışından irəli gələn vəzifələrin müzakirəsi məqsədilə təşkil olunmuş görüşdə Qurultayda qəbul edilmiş qərarların və dövlət başçısının dərin məzmunlu çıxışında qarşıya qoyduğu vəzifələrin hər bir YAP üzvünün üzərinə daha böyük məsuliyyət qoyduğunu, ərazi təşkilatlarının işinin daha sistemli və ardıcıl qurulmasının, ideoloji-siyasi işin gücləndirilməsinin və hər bir partiya üzvünün öz əmək fəaliyyətində nümunə göstərməsinin vacibliyini xüsusi vurğulayıb. Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, dövlət müstəqilliyinin və milli təhlükəsizliyin qorunması, iqtisadi tərəqqinin davam etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, YAP-ın sədri cənab İlham Əliyevin çıxışında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi hər bir sahədə məsuliyyətli fəaliyyətin təşkilini, milli-mənəvi dəyərlərin qorunmasını, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsini və maarifləndirmə işinin gücləndirilməsini tələb edir. Xüsusilə gənclərin zərərli ideoloji təsirlərdən qorunması, onların dövlətçilik ənənələrinə və milli dəyərlərə bağlılığının artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.