Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib

Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib

Günay Əliyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 84 nömrəli tam orta məktəbin müəllimi

Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir.  “Heydər Əliyev  İli” çərçivəsində  və  Azərbaycan  Milli Mətbuatının 148 –ci  ildönümü  ilə  bağlı  keçirilən  forumda 49 ölkədən  150 xarici qonaq ,60 yerli  media  rəhbəri və nümayəndəsi  iştirakı ilə iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Prezident  İlham Əliyev  forumda iştirak edərək jurnalistlərin suallarını  cavablandırıb.Ölkəmizin başçısı  açılış mərasimimdə  Şuşanı Azərbaycanın  qələbəsinin rəmzi,sülhün rəmzi adlandırıb.Çünki  Şuşa  azad olunduqdan sonra  İkinci Qarabağ müharibəsi   başa çatdı.Media forumunda Şuşanın bərpa planından  danışıldı.Nadir ,misilsiz məkan olan   Şuşada  3 məscidin yenidən  qurulduğu , fəal surətdə  tarixi ,memarlıq abidələrinin  bərpa olunduğu qeyd edilib. 3-4 il ərzində bu şəhər təkcə Azərbaycanın və Qafqazın deyil, dünyanın ən gözəl şəhəri olacaqdır.

  İşğal dövründə  məqsədli dağıntılara  məruz qalan Qarabağın incisi-Şuşada   artıq  bir neçə  beynəlxalq tədbir  keçirilibdir.  “Xarıbülbül” Beynəlxalq  Musiqi Festivalı, Vaqif  Poeziya  Günləri ,bir neçə beynəlxalq  idman  tədbiri və 21 iyulda Qlobal Media Forumu. Müstəqil  Azərbaycan  tarixində  ilk dəfə olaraq  Şuşada tanınmış  jurnalistlərin  bir araya  toplandığı  forumda  İlham Əliyev  bir daha  tarixi  həqiqətlərdən  danışdı. Ermənilərin  əsassız  iddialarından, törətdikləri    vəhşiliklərdən, normal insan  psixikasına  sığışmayan   nifrətlərinin  Azərbaycana  vurduğu ziyanları tarixi faktlarla forum iştirkaçılarının diqqətinə çatdırdı.

Bu toplantıların  əhəmiyyəti  ondan ibarətdir ki,  burda toplananlar  həqiqətləri  öz gözləri  ilə  görürlər  və Azərbaycan həqiqətlərini  öz ölkələrinə, ölkə  nümayəndələrinə, ictimaiyyətinə  çatdıracaqlar. İşğal dövründə  qadağan edilmiş  zonalarda  törədilmiş  dağıntılar göz qabağındadır.Bu Azərbaycanın  hansı  tarixi nəticə əldə etdiyini göstərir.Biz  təkcə Ermənistanı  məğlub  etmədik ,biz erməni faşiziminin  belini qırdıq deyə İlham Əliyev Azərbaycanın haqlı mövqeyini  media nümayəndələrinin diqqətinə çatdırdı.

Prezident İlham Əliyev çıxışında Azərbaycan mediasının əhəmiyyətini  vurğulayan ifadələr səsləndirdi.Bildirdi ki, biz öz həqiqətlərimizi  subut etməyə  məhkumuq . Çünki bizə qarşı yenə də kampaniyalar davam edir, qələbəmizi  həzm edə  bilməyən,uğurlarımıza  qısqanclıqla yanaşanlara qarşı biz tutarlı real arqumentlərlə  cavab verməliyik və veririk.Bunun nəticəsidir ki, bu gün bütün iftiralara , böhtanlara baxmaraq, Azərbaycanın sözü ,Azərbaycan  xalqının, dövlətinin haqlı  səsi eşidilir və  bunun əsas aləti  bizim media resurslarımızdır.

 Dövlət başçımızdan mühüm mesajlar verilən forum 3 saata yaxın vaxt çərçivəsində keçirildi, aparılan müzakirələrin ölkəmiz üçün müsbət nəticələri olacağına şübhə yoxdur.

.