YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında seçki iclasları keçirilir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədr müavini Salman Əbdülovun və məsləhətçisi Kürsüm Həsənovanın iştirakı ilə iclas keçirilmişdir.
İclasın sədri Svetlana Hənifəyeva YAP üzvlərini salamlayaraq iclası açıq elan etdi. O, daha sonra bildirmişdir ki, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının ƏPT-lərində həyata keçirilən islahatlar nəticəsində yerli təşkilatın sədri Vüqar Seyidovun müvafiq əmri ilə təmsil olunduğumuz ƏPT də yenidən təşkil olunmuşdur. Bugünkü iclasın gündəliyində iki məsələ - ƏPT-nin sədrinin və sədr müavininin seçilməsi məsələsi nəzərdə tutulmuşdur.
Sədr vəzifəsinə Svetlana Hənifəyevanın namizədliyi irəli sürüldü və bu təklifə səsvermə ilə münasibət bildirilməsi xahiş edildi. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Svetlana Hənifəyeva sədr seçilmişdir. Səsvermə nəticəsində seçilmiş yeni sədr Svetlana Hənifəyeva Könül İsmayılovanın uzun illər YAP-da təcrübəsini və ƏPT-də səmərəli fəaliyyətini nəzərə alaraq onun ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Könül İsmayılova sədr müavini seçilmişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək həyata keçirilmiş islahatlardan sonra Hövsan qəsəbəsi Oqtay Şabanov ünvanında yerləşən ərazi partiya təşkilatında ideoloji işin gücləndirilməsi, təşkilati işlərdə səmərəliliyin artırılması və üzvlərin uçot qeydiyyatlarının operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmasını və daha səmərəli iş aparılmasını vurğuladı.
Sonda ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmış və bir qrup YAP-a yeni üzv olmuş şəxslərə vəsiqələr təqdim edilmişdir.