YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında seçki iclasları keçirilir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında seçki iclasları keçirilir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Yeni Günəşli “AB” yaşayış sahəsi ünvanında yerləşən ərazi partiya təşkilatında iclas keçirilmişdir.


ƏPT sədri Aynurə Məmmədova YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ƏPT-də son dövrlər ərzində görülən işlər haqqında ətraflı məlumat vermişdir. Daha sonra bildirmişdir ki, bugünkü iclasın gündəliyində iki məsələ - ƏPT-nin sədrinin və sədr müavinin seçilməsi məsələsi nəzərdə tutulmuşdur. Aynur Məmmədova tərəfindən sədr vəzifəsinə Elnur Hüseynovun namizədliyi irəli sürülmüş və səsvermə nəticəsində Enur Hüseynov sədr seçilmişdir.

Yeni seçilmiş sədr Elnur Hüseynov Aynurə Məmmədovanın uzun illər YAP-da təcrübəsini və ƏPT-də səmərəli fəaliyyətini nəzərə alaraq onun ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Aynur Məmmədova sədr müavini seçilmişdir.


Sonda YAP-a daxil olan bir qrup partiya üzvünə vəsiqələr təqdim olunmuşdur.