YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi, Yeni Günəşli, Abbas Fətullayev küçəsi (Suraxanı Tibb Mərkəzi) ünvanında yerləşən ərazi partiya təşkilatında (ƏPT) yerli təşkilatın sədri Vüqar Seyidovun iştirakı ilə görüş keçirilmişdir. İclasın sədri Tərlan Bəbirov iclası açıq elan etdikdən sonra bugünkü iclasın gündəliyində iki məsələ - ƏPT-nin sədr və sədr müavininin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı.

ƏPT-nin mövcud sədri Ülviyyə Cəfərli ƏPT-də ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş işlər haqqında məlumat vermişdir. O, yerli təşkilat tərəfindən verilən tapşırıqlara hər zaman operativ reaksiya verildiyini və bu işdə ƏPT-də təmsil olunan YAP üzvlərinin ona dəstəyini xüsusi vurğulamışdır. Daha sonra Ülviyyə Cəfərli öz istəyi ilə ƏPT-nin sədri vəzifəsindən istefa verdiyini qeyd etmiş və ƏPT sədrliyinə Bəbirov Tərlan Arif oğlunun namizədliyini irəli sürmüşdür.

Daha sonra ƏPT-nin üzvləri arasında sədr seçkisi keçirildi. Səsvermə yolu ilə Tərlan Bəbirov yekdilliklə ərazi partiya təşkilatının sədri seçilmişdir.

Yeni seçilmiş ƏPT-nin sədri Tərlan Bəbirov çıxış edərək ona etimad göstərib, seçən bütün üzvlərə öz dərin minnətdarlığını ifadə etmişdir. Tərlan Bəbirov da öz növbəsində ƏPT-nin sədr müavini vəzifəsinə təcrübəsini və fəallığını nəzərə alaraq Ülviyyə Cəfərlinin namizədliyini irəli sürdü. Səsvermə yolu ilə Ülviyyə Cəfərli yekdilliklə ərazi partiya təşkilatının sədr müavini seçilmişdir.

 Daha sonra Suraxanı Tibb Mərkəzinin direkoru, ƏPT-nin sədri Tərlan Bəbirov çıxış edərək bildirmişdir ki, YAP əldə olunan bütün uğurların, zəfərlərin ideoloji dayağıdır.

Daha sonra Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov iclas iştirakçılarını salamlamış, ƏPT-nin yeni seçilmiş sədrinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq demişdir ki, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli, Abbas Fətullayev küçəsi (Suraxanı Tibb Mərkəzi) ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır. 

Yerli təşkilatın sədri qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının vacibliyini qeyd etmişdir. O, çıxışında ölkəmizdə baş verən bütün əlamətdar hadisələrdə YAP üzvlərinin yaxından iştirakının və bu proseslərə onların töhvələr verməsinin əhəmiyyəti haqqında məlumat vermişdir.

Vüqar Seyidov eyni zamanda öz çıxışında YAP üzvlərinin uçot işinin təkmilləşdirilməsində yerli təşkilata daim kömək göstərilməli olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı. YAP Suraxanı rayon təşkilatının fəallarının sosial şəbəkələrdə aktivliyinin artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunmasının vacibliyi barədə çıxış edərək yerli təşkilatın tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.

Sonda ƏPT-nin üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.