YAP Suraxanı rayon təşkilatının sosial şəbəkələrdə fəal olan üzvləri görüş keçirilib

YAP Suraxanı rayon təşkilatının sosial şəbəkələrdə fəal olan üzvləri görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının inzibati binasında yerli təşkilatın sədri Vüqar Seyidovun rəhbərliyi ilə sosial şəbəkələrdə fəal olan partiya üzvləri ilə görüş keçirilib.
Görüşdə YAP Mərkəzi Aparatının Sosial Media Qrupunun məsul şəxsi Rəna Süleymanlı, YAP Suraxanı rayon təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi Ənvər Haqverdiyev və sosial şəbəkələrdə fəal olan partiya üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov aktiv sosial media istifadəçisi olan bir qrup partiya fəalını salamlayaraq ölkədə baş verən ictimai-siyasi hadisələrə öz münasibətini bildirdi. Yerli təşkilatın sədri xüsusi qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı ölkədə baş verən hadisələrə, əldə olunmuş uğurlara öz mövqeyini bildirməli və dövlətini, xalqını müdafiə etməlidir.
Sonra YAP Suraxanı rayon təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi, Ənvər Haqverdiyev çıxış edərək yerli təşkilatın sosial şəbəkələrdə fəaliyyəti ilə bağlı görüş iştirakçılarına ətraflı məlumat verib. Ənvər Haqverdiyev bildirib ki, YAP Suraxanı rayon təşkilatında sosial şəbəkələrdə siyasi işin təşkili hər zaman yüksək səviyyədə təşkil olunub.
Daha sonra çıxış edən YAP Mərkəzi Aparatının Sosial Media Qrupunun məsul şəxsi Rəna Süleymanlı YAP Suraxanı rayon təşkilatının fəallarının dövlət və milli maraqlarımızın müdafiəsi naminə sosial şəbəkələrdəki fəaliyyətini yüksək qiymətləndirərək, onlara bundan sonrakı xidmətlərində uğurlar arzulayıb.
Sonda YAP Suraxanı rayon təşkilatının fəal sosial şəbəkə istifadəçiləri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallara cavab verilib. YAP Suraxanı rayon təşkilatının fəalları çıxış edərək, onlara göstərilən etimada görə Yeni Azərbaycan Partiyasına öz təşəkkürlərini bildiriblər.