YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidi Mixail Həmidovun qızını təbrik etmişlər
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidi Mixail Həmidovun qızı Mədinə Həmidovanı doğum günü və ali məktəbə qəbul olması münasibətilə təbrik ediblər. YAP Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidovun adından Mədinə Həmidovaya təbriklər çatdırılıb, ona təhsil həyatında uğurlar və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulanıb.
Görüş zamanı şəhid ailələrinə göstərilən dövlət qayğısının əhəmiyyəti qeyd olunub, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Şəhid ailəsi Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban Əliyevaya şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildiriblər.