YAP Suraxanı Rayon Təşkilatının nümayəndələri Xaçmaz rayonuna səfər edərək şəhid Mahir Məmmədovun ailəsini ziyarət etmişlər

YAP Suraxanı Rayon Təşkilatının nümayəndələri Xaçmaz rayonuna səfər edərək  şəhid Mahir Məmmədovun ailəsini ziyarət etmişlər
21 may 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Xaçmaz rayonuna səfər edərək Vətən Müharibəsi şəhidi baş gizir Məmmədov Mahir Ağasəlim oğlunun ailəsini ziyarət etmişlər.
Öncə şəhidin əbədi istirahətgahı YAP Suraxanı rayon təşkilatının nümayəndələri tərəfindən ziyarət edilmiş, məzarı üzərinə tər güllər düzülmüş və duallar oxunmuşdur. Daha sonra YAP Suraxanı rayon təşkilatının sədri Suraxanı rayon sakini olmuş şəhidin ailəsinin qayğıları ilə maraqlanmışdır. Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir.
Qeyd edək ki, şəhid Məmmədov Mahir Ağasəlim oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.