YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən Müharibəsi Qəhrəmanının doğum günündə iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən Müharibəsi Qəhrəmanının doğum günündə iştirak etmişlər

19 dekabr Vətən Müharibəsi Qəhrəmanı şəhid Noçuyev Surxay Əbdül oğlunun doğum günüdür. Şəhidimizin doğum günü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Afət Həsənova və digər rəsmi şəxslər ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar. Noçuyev Surxayın II Fəxri Xiyabanındakı əbədi istirahətgahı rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.

Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən RİH başçısı Əziz Əzizov dövlətimizin Şəhid ailələrinə olan tükənməyən qayğısından bəhs edərək vətən uğrunda şəhid olmuş Surxayın ailəsinə təsəlli vermiş, Vətənimizə gərəkli övlad yetişdirdiyi üçün bir daha təşəkkür etmişdir.

Şəhidin ad günündə qəhrəman vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu  olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi Noçuyev Surxayın da xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədri Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir. Daha sonra təşkilat sədri YAP Suraxanı rayon təşkilatının çoxminli üzvləri adından şəhidin ailəsinə “Anım lövhəsi” təqdim etmişdir.

Qeyd edək ki, şəhid kapitan Noçuyev Surxay Əbdül oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə  “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “ Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.