YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Sənan Əhmədovun oğlunun doğum günündə iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Sənan Əhmədovun oğlunun doğum günündə iştirak etmişlər
Canlarını, sağlamlıqlarını vətənin bütövlüyü uğrunda qurban verən vətənpərvərlərin əmanətləri olan ailələri, övladları unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgi və qayğı ilə əhatələnirlər.
Azərbaycanın rəşadətli ordusunun qəhrəman hərbiçisi cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunması” medalları ilə təltif olunmuş əsgər (MAHHXHQ) Əhmədov Sənan Qalasən oğlunun oğlu Həmidin 8 yaşı tamam olur.
Bu münasibət Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri Fərəh Məcidzadə və Təranə İsmayılzadə ailəni ziyarət edərək, şəhidin övladlarını yerli təşkiatın sədri Vüqar Seyidovun adından təbrik etmiş, doğum gününü qeyd edən balamıza hədiyyələr təqdim edərək, şəhid ailəsinin qayğıları ilə maraqlanılmışlar. Həmçinin, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəxsən balaca Həmidi təbrik etmiş, ona gələcək həyatında uğurlar diləmişdir.
Sonda şəhid ailəsi dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.