YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Sənan Əhmədovun ailəsini ziyarət etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Sənan Əhmədovun ailəsini ziyarət etmişlər

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Vətən Müharibəsi şəhidi əsgər (MAHHXHQ) Əhmədov Sənan Qalasan oğlunun Suraxanı rayon Hövsan yaşayış kompleksində (MİDA) yaşayan ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar

Şəhidlərimizə olan dərin hörmət və ehtiramını bildirən yerli təşkilatın sədri Vüqar Seyidov demişdir ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Görüş zamanı Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücünün, qüdrətinin sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətlərinin gələcək nəsillər üçün örnək olduğu vurğulanmışdır.

Qeyd edək ki, şəhid əsgər (MAHHXHQ) Əhmədov Sənan Qalasən oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə  “Vətən uğrunda” və  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.