YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Rüfət Əsgərovun qızı Zəhranın doğum günündə ailəsini ziyarət etmişlər
11 iyul Vətən Müharibəsi şəhidi mayor Rüfət Əsgərovun qızı Zəhranın 12 yaşı tamam olur. Doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov və təşkilatın nümayəndələri ailəni ziyarət etmiş, qayğıları ilə maraqlanmışlar.
Şəhidin qızı Zəhranın ad günündə qəhrəman vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu olduğunu ifadə edən YAP-ın Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi Əsgərov Rüfətin də xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədr müavini Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.