YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Mixail Həmidovun övladının doğum gününü təbrik ediblər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Mixail Həmidovun  övladının doğum gününü təbrik ediblər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini olmuş, Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunmuş şəhid baş leytenant Həmidov Mixail Hamlet oğlunun ailəsini ziyarət ediblər. Yerli təşkilatın sədri Vüqar Seyidov təşkilat adından şəhidin 11 yaşı tamam olan oğlu Yusifi doğum günü münasibətilə təbrik edərək, ona hədiyyələr təqdim etmişdir

Ailənin qayğıları ilə maraqlanan təşkilat nümayəndələri söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulamış, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişlər. Şəhid Mixail Həmidovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.