YAP Suraxanı rayon təşkilatının nümayəndələri “14 İyul” Memorial abidəsini ziyarət etmişlər
14 iyul Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 53-cü ildönümü münasibəti ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri, aparatının əməkdaşları və bir qrup partiya fəalı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən və Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ilk dəfə gəlişinə həsr olunmuş “14 İyul” Memorial abidəsini ziyarət edərək abidənin önünə tər çiçəklər düzmüş, Ulu Öndərin əziz xatirəsini yad etmiş və ehtiramlarını ifadə etmişlər.
Ziyarət əsnasında YAP Suraraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Sovet Sosialist Respublikasına və daha sonra Müstəqil Azərbaycan Respublikasına rəhbərliyi xalqımızın inkişafına, dövlətimizin tərəqqisinə əvəzolunmaz töhvələr bəxş etmişdir. Hər iki hakimiyyəti dövründə dövründə Vətəninə, xalqına ləyaqətlə, dövlətinə sədaqətlə xidmət etmək Heydər Əliyevin şuarı və həyatda ən böyük məqsədi, məramı olmuşdur.
Yerli təşkilatın sədri xüsusi vurğulamışdır ki, Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin ictimai-siyasi, iqtisadi, hərbi, milli-mədəni qüdrətinin təməli qoymuşdur. Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq bu gün də qalmaqdadır. Vüqar Seyidov demişdir ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu və onun ən layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyev Azərbaycanı bugün əldə etdiyimiz nailiyyətlərə, tarixi Zəfərə doğru addım-addım gətirmişdir.
YAP Suraraxanı rayon təşkilatının sədri Vüqar Seyidov onu da xüsusi olaraq qeyd etmişdir ki, respublikamızda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ilk dəfə gəlişinə həsr olunmuş “14 İyul” Memorial abidəsi yalnız Suraxanı rayonunda yerləşir. Bu da qədirbilən suraxanılıların Ulu Öndər sevgisinin aydın təzahürüdür.