YAP Suraxanı rayon təşkilatının iki gənc fəal üzvü nişanlanıblar

YAP Suraxanı rayon təşkilatının iki gənc fəal  üzvü nişanlanıblar

YAP Suraxanı rayon təşkilatının fəal gənc üzvləri Mohammadali Axundov və Aysun Süleymanlı bir müddət əvvəl nişanlanıblar. Bu münasibətlə,  yerli təşkilatın sədri Vüqar Seyidov və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev rayon ictimaiyyəti adından rayonun ictimai həyatında fəal iştirak edən gəncləri təbrik ediblər, onlara ailə səadəti arzu ediblər.  YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov təşkilatın çoxminli üzvləri adından gənclərə qiymətli hədiyyələr təqdim edib.

Qeyd edək ki, YAP Suraxanı rayon təşkilatının fəal gənc üzvləri Mohammadali Axundov və Aysun Süleymanlı həm seçki prosesində, həm də digər ictimai-siyasi hadisələrdə fəal iştirak etmişlər. Aysun Süleymanlı, eyni zamanda da YAP Suraxanı rayon təşkilatının operativ sosial medya qruplarında fəal iştirak edir.

İctimai həyatla yanaşı, gənclərimiz təhsildə əldə etdikləri uğurlara görə də fərqlənirlər. Belə ki, Mohammədəli Axundov- 2020-ci ildən Yeni Azərbaycan Partiyasında aktivlik göstərib və 2022-ci ildə üzv olub. 2020-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb Regionşünaslıq ixtisasına daxil olub. 2024-cü ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. Bakı Dövlət Universitetində təhsil aldığı müddətdə yüksək akademik nəticələri və ictimai-sosial fəaliyyəti nəzərə alınaraq, bir dəfə universitet rektoru tərəfindən təşəkkürnamə ilə təltif olunmuş, həmçinin Aidə İmanquliyeva adına II təqaüdə layiq görülüb.

Universitet illərində Azərbaycanı beynəlxalq arenada təmsil edərək Oman Sultanlığında və İstanbulda təşkil olunan universitetlərarası ərəb dili üzrə çempionatlarda iştirak edib. Hazırda təhsilini Tacikistan Milli Universitetində davam etdirir. Bu, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Tacikistan Respublikası Təhsil və Elm Nazirliyi arasında 10 avqust 2018-ci il tarixində imzalanmış protokol əsasında həyata keçirilir və bu universitetdə təhsil alan ilk və yeganə azərbaycanlı tələbədir

İxtisası ərəb, ingilis, fars, Tacik və Əfqan dillərini əhatə edir. Bundan əlavə, Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyində keçirilən mühüm tədbirlərdə protokol işlərində könüllü fəaliyyət göstərir. Azərbaycanda keçirilən ərəb dili üzrə şeir və natiqlik müsabiqələrində isə 1-ci və 2-ci yerlərə layiq görülüb.

Aysun Süleymanlı- Odlar Yurdu Universitetinin bakalavr pilləsinin “Sosial iş” ixtisasını 2021-2025 illərində təhsil alıb. Bu il  yeniden Odlar Yurdu Universitetinə təkara ali təhsil  “Maliyyə” ixtisasına qəbul olub. YAP Suraxanı təşkilatında 2022- ci ildən fəal gənc kimi fəaliyyət göstərir.