YAP Suraxanı rayon təşkilatında partiya üzvlərinə vəsiqələr təqdim edilmişdir

YAP Suraxanı rayon təşkilatında partiya üzvlərinə vəsiqələr təqdim edilmişdir

YAP Suraxanı rayon təşkilatının konfrans zalında yerli təşkilatının sədr müavini Salman Əbdülovun iştirakı ilə partiya sıralarına daxil olmuş bir qrup yeni üzvlərlə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Salman Əbdülov YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsi tələblərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışmışdır. Son 20 ildə ölkəmizin siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə edilən uğurlar, dövlətimiz və xalqımız üçün ən böyük zirvə olan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin dövlətçilik tariximizdə şanlı yer alması vurğulanmış, partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dünyada söz sahibinə çevrilməsinə, iqtisadiyyatımızın sürətli inkişafının təmin edilməsinə, insanlarımızın təhlükəsizliyinin və rifah halının yüksək səviyyəyə çatdırılmasına nail olduğumuz qeyd olunmuşdur. S.Əbdülov eyni zamanda qeyd etmişdir ki, əldə olunan uğurlarda YAP-ın fəaliyyəti danılmazdır. Çünki sıralarında 700 mindən çox fəal, dövlətə və dövlətçiliyə sadiq insanları öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası "dünənin, bu günün və gələcəyin" partiyası adını ləyaqətlə doğruldaraq ölkəmizin ictimai- siyasi müstəvisində öz nüfuzunu durmadan artırmaqdadır.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov YAP üzvləri qarşısında Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılması məqsədilə dövrü mətbuatda və sosial şəbəkələrdə aktivliklərinin artırılması, təbliğat işinin gücləndirilməsi, xüsusilə gənclərin fəallıqlarının artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunması barədə ətraflı çıxış edərək öz tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.


Görüşün sonunda YAP üzvlərinə vəsiqələr təqdim edildi.