YAP Suraxanı rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları uğurla həyata keçirilir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Hövsan qəsəbəsi İlqar Əhlimanov küçəsi bina 10 "B" mənzil 2 ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Suraxanı rayon təşkilatının nümayəndələrinin iştirakı ilə hesabat-seçki yığıncağı keçirilmişdir. Öncə ərazi partiya təşkilatının sədri Əliyev Rüstəm İlham oğlu YAP-ın VI qurutltayından bu günə qədər görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış etmişdir. Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılmış, çıxışlar edilmişdir. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Hövsan qəsəbəsi İlqar Əhlimanov küçəsi bina 10 "B" mənzil 2 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilmişdir. ƏPT-nın üzvlərinin səs verməsi nəticəsində sədr Əliyev Rüstəm İlham oğlu, sədr müavini Qaraşov Tofiq Valeh oğlu seçilmişlər. ƏPT-nın iclası ilə bağlı protokol tərtib edilmişdir.
Sonda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri Kürsüm Həsənova və Dilarə Əzizova çıxış edərək bildirmişlər ki, Hövsan qəsəbəsi İlqar Əhlimanov küçəsi bina 10 "B" mənzil 2 ünvanında yerləşən ərazi partiya təşkilatının işini qənaətbəxş hesab etmək olar. YAP Suraxanı rayon təşkilatının nümayəndələri gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat və uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyələrini vermişlər.