YAP Suraxanı rayon təşkilatı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününü münasibəti ilə Suraxanı rayonunda yaşayan bir qrup şəhid övladına bayram sovqatı təqdim etmişdir.
Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının olduğunu, Dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrini, çox hörmətli Mehriban xanım Əliyevanın hümanitar sahədə gördüyü xeyirxah işləri öz sosial fəaliyyətinin əsası hesab edən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı bu il də Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Suraxanı rayonunda yaşayan bir qrup şəhid övladına bayram sovqatı təqdim etmişdir. Yerli təşkilatın sədri Vüqar Seyidovun şəxsi təşəbbüsü, Bakı Gənclər və Uşaq Teatrının iştirakı ilə bayram payları şəhid övladlarına təqdim edilmişdir.
Ziyarət olunmuş ailələr diqqət və qayğı üçün YAP Suraxanı rayon təşkilatına öz dərin minnətdarlıqlarını bildirmişlər.