YAP Suraxanı rayon təşkilatı şəhid ailəsini ziyarət etmişdir

YAP Suraxanı rayon təşkilatı şəhid ailəsini ziyarət etmişdir
8 oktyabr 2020-ci il tarixdə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaşayış sahəsinin sakini olmuş Vətən Müharibəsi şəhidi, XTQ-nin kapitanı İsmayılov Elçin Mübariz oğlu Füzuli uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.
8 oktyabr 2021-ci il tarixdə şəhidimizin şəhadətinin birinci ildönümü idi. Şəhidimizin il mərasimi əbədi istrahətgahının yerləşdiyi və şəhidimizin doğulub, boya-başa çatdığı Ucar rayonunda təşkil olunmuşdur.
12 oktyabr 2021-ci il tarixdə YAP Suraxanı rayon təşkilatının çoxminli üzvləri adından dərin hüznlə başsağlığı vermək məqsədi ilə yerli təşkilatın nümayəndələri Şəhidimizin ailəsini ziyarət edərək, qayğıları ilə maraqlanmışlar. Allah şəhidimizə rəhmət eləsin!
Qeyd edək ki, şəhid XTQ-nin kapitanı İsmayılov Elçin Mübariz oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni“, “Vətən uğrunda”, Cəbrayılın azad olunmasına görə” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı və " Füzulinin azad olunmasına görə” medalı " medalları ilə təltif edilmişdir.