Şəhid Qardaşxan Əhmədlinin bulaq – abidə kompleksinin açılış mərasimi keçirilmişdir

Şəhid Qardaşxan Əhmədlinin  bulaq – abidə kompleksinin açılış mərasimi keçirilmişdir

10 noyabr 2021-ci il tarixdə 44 günlük Vətən Müharibəsində şəhid olmuş Suraxanı rayonu Hövsan qəsəbəsi Südçülük yaşayış sahəsinin sakini şəhid əsgər Əhmədli Qardaşxan Elxan oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq – abidə kompleksinin açılış mərasimi keçirilmişdir.  Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Sevinc xanım Fətullayeva, Etibar Əliyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak etmişlər.

Qeyd edək ki, şəhid əsgər Əhmədli Qardaşxan Elxan oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin atası, ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.