YAP Suraxanı rayon təşkilatı və “Birlik” ictimai birliyi uşaqlar üçün xüsusi əyləncəli proqram hazırlamışdır

YAP Suraxanı rayon təşkilatı və “Birlik” ictimai birliyi  uşaqlar üçün xüsusi əyləncəli proqram hazırlamışdır

25.12.2021–ci il tarixində uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı və “Birlik” ictimai birliyinin təşkilatçılığı ilə Suraxanı rayon sakinləri olan bir qrup şəhid, qazi, müharibə veteranı və aztəminatlı ailənin övladlarına 31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə xüsusi əyləncəli proqram hazırlanmışdır. Öncə uşaqlar və yeniyetmələr “Çayki” restoranında onlar üçün hazırlanmış musiqili nahara dəvət olunmuş və onlara hədiyyələr təqdim edilmişdir. Daha sonra onlar Dəniz Mall-da yerləşən “ Cinemaplus” kinoteatrlar şəbəkəsinə məxsus kinozalda uşaqlar üçün çəkilmiş animasiya filminə tamaşa etmişlər.

Sonda Suraxanı rayon sakinləri olan bir qrup şəhid, qazi, müharibə veteranı və aztəminatlı ailənin övladları xatirə şəkili çəkdirmişlər.