YAP Suraxanı rayon təşkilatı Şəhid Elzar Yusubovun qızı Mələyi doğum günü münasibəti ilə təbrik edib

YAP Suraxanı rayon təşkilatı Şəhid Elzar Yusubovun qızı Mələyi doğum günü münasibəti ilə təbrik edib

Azərbaycanın rəşadətli ordusunun qəhrəman hərbiçisi, Suraxanı rayon sakini olmuş leytenant Yusubov Elzar Suleyman oğlunun qızı Mələyin 4 yaşı tamam olur. Bu münasibət ilə  yerli təşkilatın nümayəndələri ailəni ziyarət edərək, şəhidin qızını təbrik etmiş, doğum gününü qeyd edən balamıza hədiyyələr təqdim olunmuş, şəhid ailəsinin qayğıları ilə maraqlanılmışlar.

Sonda şəhidin ailəsi Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.