YAP Suraxanı rayon təşkilatının sosial şəbəkələr üzrə fəal üzvləri ilə görüş keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının sosial şəbəkələr üzrə fəal üzvləri ilə görüş keçirilmişdir

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının inzibati binasında sosial şəbəkələrdə fəal olan üzvlər ilə görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov aktiv sosial mediya istifadəçisi olan bir qrup partiya fəalını salamlayaraq ölkədə baş verən ictimai-siyasi hadisələrə öz münasibətini bildirdi. Yerli təşkilatın sədri cənab Prezidentin uğurlu siyasəti nəticəsində 44 günlük müharibədən sonra siyasi və diplomatik zəfərlərimizdən söhbət açaraq dedi ki, biz yalnız Qarabağ münaqişəsini həll etməmişik. Eyni zamanda da regiona sülh və əməkdaşlıq gətirmişik.

 Daha sonra sosial şəbəkə fəallarının hər biri ilə yaxından tanış olan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov onların fəaliyyətini yüksək qiymətləndirərək dedi ki, bundan sonra da. dövlət və dövlətçiliyimizin ideoloji və sosial şəbəkələrdəki müdafiəsi əzmlə davam etdirilməlidir.

Sonda YAP Suraxanı rayon təşkilatının fəal sosial şəbəkə istifadəçiləri çıxış edərək, onlara göstərilən etimada görə Yeni Azərbaycan Partiyasına öz təşəkkürlərini bildirmişlər.