YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Osman Manafovun oğlu Natiqin doğum günündə iştirak ediblər
05 iyun 2026-cı il tarixdə Vətən müharibəsi şəhidi Osman Manafovun oğlu Natiqin 8 yaşı tamam olur. Doğum günü münasibəti ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov və rayon təşkilatının nümayəndələri ailəni ziyarət edərək şəhidin övladını təbrik etmiş, şəhid ailəsinin qayğıları ilə maraqlanmışlar. Salman Əbdülov xüsusi vurğulamışdır ki, şəhidlərimiz vətən torpağına, övladları isə bizlərə əmanətdir.
Sonda şəhidin ailəsi dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.