YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən Müharibəsi qazisi Hasil Hümmətova baş çəkmişlər
17.02.2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Vətən Müharibəsində yaralanmış qazi, Suraxanı rayon sakini Hümmətov Hasil İbrahim oğlunun ailəsini ziyarət edərək, onun müalicəsinin gedişi ilə maraqlanmışlar.
YAP Suraxanı rayon təşkilatının sədri ilə həmsöhbət olan Vətən Müharibəsi qazisi Hasil Hümmətov qazilərə göstərilən qayğıdan məmnun olduğunu bildirmişdir. Dövlətin Şəhid ailələrinə və qazilərə yaratdığı şəraitdən bəhs edən Hasil Hümmətov Ali Baş Komandan İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını ifadə etmişdir. Qazimiz müalicəsinin yüksək səviyyədə həyata keçirildiyini xüsusi vurğulamışdır.
Ziyarət əsnasında Suraxanı rayon sakini olan Vətən Müharibəsi qazisinin sosial durumu, müalicəsinin gedişi ilə yaxından tanış olan Vüqar Seyidov şəhid ailələri və qazilərə göstərilən diqqətin, qayğının analoqu olmadığnı bildirmişdir. YAP Suraxanı rayon təşkilatının sədri əlavə etmişdir ki, Vətən Müharibəsindən sonra istər şəhid ailələri, istərsə də qazilərlə rayon təşkilatı sistematik iş qurmuşdur. Hər bir edilən müraciətin dəyərləndirildiyini ifadə edən yerli təşkilatın sədri qazilərin fiziki, psixoloji, mənəvi və sosial bərpası üçün istənilən köməyə hazır olduqlarını ifadə etmişdir. Vüqar Seyidov ölkə Prezidenti, YAP sədri cənab İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın həssas təbəqəyə olan münasibətlərinin hər bir vətəndaş üçün etalon olduğunu vurğuladı.
Qeyd edək ki, Vətən Müharibəsi qazisi Hümmətov Hasil İbrahim oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.