YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Səfərov Cəsarətin şəhadətinin ildönümü mərasimində iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid  Səfərov Cəsarətin şəhadətinin ildönümü mərasimində iştirak etmişlər

19 dekabr  2021-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Afət Həsənova, Müdafiə Nazirliyinin Baş İdarə rəisi general-mayor Bəkir Orucov, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər və şəhidin doğmaları şəhid əsgər Səfərov Cəsarət Xaliq oğlunun şəhadətinin ildönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər. Öncə şəhid Səfərov Cəsarətin II Fəxri Xiyabanındakı əbədi istirahətgahı rayon təşkilatının nümayəndələri tərəfindən ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.

Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Afət Həsənova, Müdafiə Nazirliyinin Baş İdarə rəisi general-mayor Bəkir Orucov və  digər rəsmi şəxslər ailənin qayğıları ilə maraqlanmışlar. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir.

Qeyd edək ki, şəhid  əsgər  Səfərov Cəsarət Xaliq oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayıl azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının  azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhidin təltif olunduğu medallar tədbir əsnasında ailəsinə təqdim olunmuşdur.

Göstərilən diqqət və qayğıya görə şəhidin əmisi, şanlı Azərbaycan ordusunun ehtiyatda olan polkovniki Adil Səfərov cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.